az

Lao Ma

Kitaplar

Alıntılar

b7269870870alıntı yaptıgeçen yıl
Bu adı almağıma səbəb o idi ki, mən vacib bir qaydanı pozmuşdum – centlmen dilini işlədər, yumruğunu yox.
sophiaalıntı yaptı2 yıl önce
Sən toyuqların və itlərin səsini eşidə bilərsən, amma onlar arasında rabitə yoxdur, –
sophiaalıntı yaptı2 yıl önce
Professor Lian söhbəti ilk dəfə özü cəhd etdi.

– Bəli, hər şey əlbəttə, çox əladır. Müasir cəmiyyətdə indi adamlar bir-birindən uzaq düşüblər, iqtisadi qloballaşma və internet insanları bir-birindən ayrı salıb. Bu konfrans isə insanlar arasındakı məsafəni qısaltmağa həsr edilib. Bu həm vacib, həm də mənalıdır. Siz necə fikirləşirsiniz?

O biri professorun başı qarışıq idi, ağzına yemək dürtüşdürürdü, onun söhbətə qoşulacağına heç ümid yox idi. Amma professor Lianun söhbətə başlamasını onu da ruhlandırdı.

– Bu fikirlə çox da razı deyiləm. Filosoflar, elmi müşahidəçilər, sosioloqlar və psixoloqlar bu fikirlə razılaşarlar. Ancaq biz bu mövzuda daha dərin araşdırma aparmalıyıq. Bu çox pisdir ki, müasir dünyada hətta insanlar öz qonşularıyla da danışmır. İnsanlar bir-birindən çox uzaq düşüb, tamamilə təcrid olunublar. Belə bir atalar sözü var: “Sən toyuqların və itlərin səsini eşidə bilərsən, amma onlar arasında rabitə yoxdur, – professor Lian fikrini bəyan etdi.

– İnsanlar sosial heyvanlardır. Onlar bir-biriylə ünsiyyət qurmalı, fikir bölüşməli, bir-birinə təsir etməlidir. Onlar hansısa təşkilatlara meyl edirlər. Ən dəhşətlisi də odur ki, insanlar insanlığını itirib.

– Sizin ləhcənizdən cənublu olduğunuz bəlli olur, – professor Lian başqasının həyatını tədqiq etmək istədi.

– Bəli, tamamilə haqlısız. Mən Usidənəm. Ancaq otuz il şimalda yaşamışam. Bəs siz? – o biri professor da maraqla soruşdu.

– Eləsə biz eyni şəhərdən gəlmişik. Mən şimalda dərs deyirəm, – professor Lion ağzından qaçırtdı.

– Mən şimalda dərs deyirəm. Deməli, biz həmkarıq. Siz harada dərs deyirsiniz? – o biri professor soruşdu.

– Mən Huadu Universitetində. Bəs siz?

Professor Lian həyəcanını boğa bilmədi.

– Haudu Universitetində? Mən də orada işləyirəm.

– Bəlkə də ona görə mənə elə gəldi ki, sizi hardasa görmüşəm. Siz hansı kafedradasınız? – o biri professor get-gedə daha da həyəcanlanırdı.

– Mən fəlsəfə kafedrasındayam. Bəs siz? Çin kafedrasında, düz tapmışam? – Professor Lian Xin soruşdu.

– Mən də fəlsəfə kafedrasında işləyirəm. Çin fəlsəfəsinin tarixi şöbəsindəyəm. Bəs siz? – o biri professor soruşdu və o indi daha həyəcanlı idi.

– Mən Lian Xinəm. Sizin adınız nədir?

Professor Lian həyəcandan özünü itirmişdi.

– Professor Lian, mən həmişə elmi işlərinizə valeh olmuşam. Adım Yanq Xuianqdır.

İlk dəfə olaraq bir-birlərinin adını öyrəndilər.

– Mən də adınızı dəfələrlə eşitmişəm. Ancaq bu adı heç sizə yaraşdırmazdım. Necə gülməlidir! Siz universitetə məndən bir il əvvəl gəlmisiniz. Başımız işə necə qarışıb! Otuz il eyni kafedranın eyni şöbəsində işləmişik, ancaq bir dəfə də olsun görüşməmişik. Necə də gülməlidir! Ha-ha-ha, – Professor Lian zorla da olsa utandığından gülmək istədi.

– Bəli, başımız həmişə işə qarışıb. Şöbə iclaslarının da çoxu həmişə təxirə salınırdı. Pekindən kənarda keçirilən bir konfransda iştirak etməsəydik, yəqin ki, ölənəcən bir-birmizi görməyəcəkdik! Ha-ha! Ha-ha!

Professor Yanqın gülüşü də qəribə səslənirdi.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)