az

Rolf Dobelli

  • osipovamvalıntı yaptı2 yıl önce
    bir uğur resepti var
  • osipovamvalıntı yaptı2 yıl önce
    köhnə avtomobillər isə indi istifadə olun­mur. Lakin qiymətləri çox yüksəkdir. Bu əsas deyil, əsas odur ki, onların miqdarı məhduddur.

    Tələbələrə 10 ədəd dekorativ plakatı – cəlb­edi­cilik dərəcələrindən asılı olaraq – ardıcıllıqla düz­mək tapşırığı verilir. Düzgün seçim edənlərə bu pla­katlardan biri hədiyyə ediləcəkdi.

    5 dəqiqədən sonra onlara dedilər ki, reytinq üzrə üçüncü cəlbedici plakat artıq burada yoxdur. Sonra onlardan xahiş etdilər ki, 10 plakat yenidən yoxlanılsın. Bu zaman ortada olmayan üçüncü plakat qəflətən birinci yeri tutdu.

    Elmdə bu fenomenə reaktans (reaktiv mü­qa­vi­mət) deyilir: əgər biz birdən nədənsə məhrum ediliriksə, bu zaman həmin şey daha cəlbedici və diqqət mərkəzində olur. Bu, bir növ protest reaksiyasına da oxşayır. Psixologiyada isə buna “Romeo və Culyetta effekti” deyilir. Şeksprin qəh­rəmanlarının məhəbbətinin gücü – onlara bu his­sləri yaşamaq məhdudiyyətinin qoyulmasında idi.
  • osipovamvalıntı yaptı2 yıl önce
    İnduksİya (ümumİdən xüsusİyə doğru hərəkət)

    İnsanların əllərindən milyonlarını necə almaq olar

    Kəndli milad bayramı üçün kəsmək istədiyi qazını çox əla yemləyirdi. Çevik heyvan əvvəlcə ehtiyatla belə fikirəşirdi: “Maraqlıdır, görəsən, sahibim məni nəyə görə ayrıca yemləyir? Bunun arxasında nəsə gizlənməlidir?” Həftələr keçir, kəndli hər gün qaza dən verir. Qazın buna skeptik (şübhəli) yanaşması tədricən azalır. Bir neçə aydan sonra qazda belə bir inam yaranır: “İnsanlar mənə qarşı çox xeyirxahdırlar!” Bu inam təsdiq olunur və gündən-günə möhkəmlənir. Kəndlinin xeyirxahlığına tamamilə inanmış qaz milad bayramı ərəfəsində kəsilmək üçün gətirildiyini görəndə çox təəccüblənir.

    Milad bayramı üçün qurban deyilmiş qaz induktiv fikrinin qurbanı oldu.
  • osipovamvalıntı yaptı2 yıl önce
    Sosİal tənbəllİk

    Nəyə görə insanlar qrup halında tənbəl olurlar

    Fransız mühəndisi Maksimilian Ringelman 1913-cü ildə atların gücünü tədqiq edirdi. O, belə bir qənaətə gəldi: karetaya birlikdə bağlanan qoşqu heyvanlarının gücü ayrı-ayrılıqda qoşulan atın gücündən heç də ikiqat artıq deyil. Bu nəticədən təəccüblənərək, o öz tədqiqatını insanların üzərində aparmağa başladı. O, hər bir fərdin tətbiq etdiyi gücü müəyyən etmək üçün adamların qrup halında gücünü yoxlamaq məqsədilə kəndir çəkmək tapşırığını verdi. Orta hesabla məlum oldu ki, kəndiri iki-iki çəkən adamların hər biri ayrı-ayrılıqda öz güclərinin 100%-ni deyil, 93%-ni verirlər. Bu göstərici üç-üç kəndir çəkənlərdə 85%, səkkiz-səkkiz kəndir çəkənlərdə isə 49% oldu.

    Bu problem, psixoloqlardan başqa, heç kimi düşündürmür. Elmdə buna sosial tənbəllik effekti deyilir. Bu zaman adamlar ayrı-ayrılıqda öz gücünü görmür və qrup halında isə ümumi güc ortada itdiyi halda üzə çıxır.

    Sosial tənbəllik rasional bir davranışdır: mən öz gücümün yarısının tətbiqi ilə nəzərə çarpıramsa, onda niyə gücümün hamısını verim? Sosial tənbəllik bizim hamımızı işdə təqsirli edən aldatma formasıdır. Bu, əksər hallarda qəsdən baş vermir. Aldatma atlarda olduğu kimi düşünülmədən baş verir.
  • osipovamvalıntı yaptı2 yıl önce
    Təəccüblü deyildir ki, kəndir çəkmə zamanı nə qə­dər çox adam iştirak edərsə, fərdi iş icra etmə o qədər aşağı düşür. Maraq doğuran budur ki, fəaliyyət sıfıra düşmür. Ümumi tənbəllik axı niyə də olmasın? Qrupda öz gücünü tətbiq edən çox gözəl bilir ki, onun fəaliyyətsizliyi aşkar olunarsa, uğursuzluğa bais olması, ya da qrupdan təcrid olunma kimi nəticələr ortaya çıxa bilər. El arasında belə bir ifadə formalaşıb: bu tənbəlliklə sən nə qədər gözdən pərdə asa bilərsən?
  • osipovamvalıntı yaptı2 yıl önce
    Dİskauntun hİperbolİk səvİyyəsİ
  • Vusal Rizvanoğlualıntı yaptı2 yıl önce
    Aldos Haksli deyirdi: “Biz faktları təkzib etdiyimiz üçün, o hər dəfə qarşımıza çıxır və gözdən itmir”.
  • Vusal Rizvanoğlualıntı yaptı2 yıl önce
    Sadə evristika aşağıdakılardan ibarətdir: hər şeydən əvvəl bizim ağlımıza gələn təsəvvürlər (yəni özümüzdə olan informasiyalar) əsasında dünyanın xəritəsini cızırıq. Burada təbii olaraq səhvə yol veririk, belə ki, dərhal təsəvvür edə bildiyimiz gerçəklik bizim şüurumuzda olan quruluşa malik deyil.
  • Vusal Rizvanoğlualıntı yaptı2 yıl önce
    Hamı üçün sensasion, hay-küylü və üzdə olan nə varsa, biz bunlara daha böyük inam bəsləyirik. Əksinə, hamı üçün az əhəmiyyətli, görünməyən və eşidilməyən nə vardırsa, onlara önəm verilmir. Ona görə də bütün sensasion, hay-küylü, üzdə olan nə varsa, bunlar bizim beynimizə daha çox təsir edir. Beyin hadisələrin statistik qiymətləndirilməsinə deyil, məhz onların dramatikliyinə reaksiya verməyə vərdiş edib.
  • Vusal Rizvanoğlualıntı yaptı2 yıl önce
    Yaxşılaşmaqdan öncə, daha da pisləşmək tə­lə­sini “confirmation bias” (yəni öz inamlarını yanlış təsdiq etmənin) oyun variantıdır.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)