bookmate game
az

Fridrix Nitsşe

  • aygulalıntı yaptı2 yıl önce
    Və Zərdüşt belə dedi:

    «Sizə dünyanın ən murdar məxluqundan danışmaq istəyirəm – cahil insandan.
  • aygulalıntı yaptı2 yıl önce
    O adamları sevirəm ki, həyatın ötəri-itəri bir şey ol­duğunu anlayıb ondan beşəlli yapışmırlar.

    O adamları sevirəm ki, nifrət etməyi bacarsın­lar. Yalnız naqisliyə nifrət bəsləyən kəs fəziləti qiy­mət­lən­dirə bilər.

    O adamları sevirəm ki, canlarını boş xəyallara, mə­nasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edir­lər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni ola­caq.

    O adamları sevirəm ki, dünyaya kor gəlib, kor get­məsinlər, həyatdan bir şey anlasınlar, öləndə də ar­xayın olsunlar ki, ruhlarını az da olsa, kamilləşdirə biliblər.

    O adamları sevirəm ki, canına cəfa verir, özündən son­ra bir iz qoymaq istəyir.

    Mərd adamları sevirəm, çünki gözü ilə od gö­türə-götürə dünyanın qəm yükünü çiynində daşıma­ğa tək onların hünəri çatar.

    O adamları sevirəm ki, közü öz qabağına çək­mə­sin, ruhunu saflaşdırmağın qeydinə qalsın.

    Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb, insan kimi də ölənləri sevirəm.

    O adamları sevirəm ki, hər şeyin yaxşısına can at­­mırlar, əslində, tək bir yaxşı cəhəti olan adam ideal adam­dan yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi insana ölüncə yoldaşlıq edir.

    O adamları sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir. «Mən taleyin bu bəx­şi­şi­nə layiqəmmi?» – deyə öz-özündən soruşur.

    O adamları sevirəm ki, sözü havaya sovurmur, əmə­li boş vəddən üstün tutur.

    O adamları sevirəm ki, gələcək qarşısında mə­su­liy­yət, keçmiş qarşısında ehtiram, indinin önündə fə­dakarlıq duysun. Fədakar adamları sevirəm, indi qə­dir-qiymətləri bilinməsə də, sabaha yalnız onlar üzüağ çıxacaqlar.

    O kəsləri sevirəm ki, allahının da səhvlərini görür, lap Allahın qəzəbindən tar-mar olacağını bilsə belə, ayaq yeri qoymur.
  • aygulalıntı yaptı2 yıl önce
    Hamı özünü ağıl dəryası hesab edir, elə bilirlər ye­rin altını da bilirlər, üstünü də. Gəl ki heç kim o bi­rini bəyənmir. Elə hey savaşır, söyüşürlər. Amma kin saxlamırlar, kinin cana ziyanı var axı.
  • Julia A-lialıntı yaptı2 yıl önce
    «Ah, kaş ki özgə bir varlığa, özgə bir səadətə soxulmaq üçün səmavi yollar olaydı!»
  • Julia A-lialıntı yaptı2 yıl önce
    Yaşamaq yalnız əzab çəkməkdir!»
  • Julia A-lialıntı yaptı2 yıl önce
    Şəhvət günahdır, – ölüm məddahlarının bə­zisi belə deyir, – gəlin bir kənara çəkilək, uşaq törət­məyək!»
  • Julia A-lialıntı yaptı2 yıl önce
    Əgər həyata bir azacıq inamınız olsaydı, anın təsirinə az qapılardınız. Gəl ki nəinki gözləməyə, heç tənbəlliyin özünə belə səbriniz çatmır!
  • Julia A-lialıntı yaptı2 yıl önce
    Hissin duyub, ağlın tanıdığı şeylərin heç vaxt məq­sədi olmur. Lakin hiss də, ağıl da səni inandırmaq istəyir ki, hər şeyin məqsədi məhz onlardır: gör necə lovğadır onlar.
  • Julia A-lialıntı yaptı2 yıl önce
    Qəlbimi əzab və nəşə ilə dolduran içimdəki aclığı dilə gətirməyə nə söz var, nə də ad» desən, nə yaxşı olardı.
  • Zeyneb xalıntı yaptıgeçen yıl
    İndi yalnız Allahı sevirəm. İnsanları sevmirəm daha. İnsan mənim nəzərimdə natamam, yarımçıq məx­luqdur
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)