bookmate game
az

Ernest Hemiquey

  • b6309990724alıntı yaptı2 yıl önce
    başladım ki, nəyə görə adam istədiyinə nail olmur; heç vaxt nail olmur.
  • b6309990724alıntı yaptı2 yıl önce
    həmişə mənim bilmədiyim şeyləri bilərdi və bildikdən sonra həmişə unutmağa hazır idi.
  • alasgarovramil93alıntı yaptıgeçen yıl
    İlk qırx günü balaca oğ­lan da ona qoşulmuşdu.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    Oğlan dedi:

    – Hər gün məni lap saat kimi oyadırsan.

    – Məni də qocalıq oyadır, – o təəssüfləndi, sonra soruşdu: – Sən bilən, qocalar niyə tez dururlar? – Özü də cavab verdi: – ona görə ki, işıqlı dünyanı çox görsünlər.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    – İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, ancaq məğlub eləmək olmaz...
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    – Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.

    – Alaq da, – oğlan razılıq verdi, – bəlkə, səksən yeddi nöm­­rəli bileti götürək. Ötən dəfə axı səksən yeddi gün getmiş­din, rekord yadındadır?

    – Dünyada heç nə təkrar olunmur. Elə bilirsən, səksən beş nömrəli bileti taparsan?
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    Mən öz canımı qorumaq üçün onu öldürdüm. Özü də ustalıqla öldürdüm, – qoca özünə izahat verdi, – bir də axı ha­mı kimisə, nəyisə bir bəhanə, bir yolla öldürür.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    Dünyada elə hər şey günahdır. Günah olmayan nə var ki? Dü­şünməyə dəyməz. İndi bu barədə fikirləşmək gecdir. Bir də bundan qoy o kəslər narahat olsunlar ki, günah­savab kimi işlərdən çörəkləri çıxır.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    xoşbəxtlik adamın qabağına min bir libasda çıxır; bəyəm onu tanımaq asandır? Nə təhər olur olsun, neçəyə satı­lır satılsın, bir az ondan alardım. Nə istəsəydilər, verərdim. Eh, mən də az istəmirəm.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    Mənim başım çox şeydən çıxmır, çox şeyi bilmirəm. Amma nə yaxşı ki, biz günəşi, ayı, ulduzları öldür­mürük. Doğma qardaşlarımızı öldürmək hesabına, bir də də­nizdən qopara bildiyimiz nemətlərin sayəsində yaşamaq bizə yetir...
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)