Qadınlar nə istəyir? Kişilər nə verir?, Mustafa Kılınç
az
Kitaplar
Mustafa Kılınç

Qadınlar nə istəyir? Kişilər nə verir?

Oku
Leman
Lemanalıntı yaptı5 yıl önce
“İstəklərinizin arxasınca gedin, xoşbəxtlik özü sizi tapacaq”.
“Mustafa Kılınç”
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
Əgər həqiqətən ruhunuzun o biri tayını istəyirsinizsə, onu arzulayın. O insanı tapmayacağınıza və ya tapdığınız insanla bir yerdə olmayacağınıza inanırsınızsa, o adamla nəinki birgə həyat qura, heç bir yerdə addımlaya bilməzsiniz. Hər zaman acı çəkərsiniz. Birlikdə olduğunuz insanla bir gün ayrılacağınızdan qorxursunuzsa, onunla bir gün deyil, hər gün ayrılarsınız. Qorxduğunuz ayrılığın başınıza gələcəyinə təminat verə bilərəm.
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
“Qadın ərinin gənсlikdə sevgilisi, yetkinlik dövründə dostu, qoсalıqda xəstə baxıсısıdır
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
Kral Artura bir sual verirlər. Suala düzgün cavab versə, həyatı qurtulacaq, əks təqdirdə öləcək. Cavab üçün Krala 1 il vaxt verilir. Sual belədir: “Qadınlar nə istəyərlər?”. Bu, təbii ki, dünyanın ən çətin sualıdır. Lakin Kralın başqa şansı yoxdur. Kral ölkəsinə qayıdıb müxtəlif alimlərlə, elm adamları ilə danışsa da, sualına tam doğru cavab tapa bilmir. Sualın cavabını yalnız yaşlı bir cadugər bilirmiş. Vaxtın bitməyinə bir gün qalır. Artur məcburən cadugərin yanına gedir. Cavabı demək üçün cadugərin bir şərti olur. O, Arturun yaxın dostu, yaraşıqlı silahdaşı ilə evlənmək istəyirdi. Şərti qəbul edə bilməyəcəyini deyən Artur cadugərin yanından gedir. Hadisəni eşidən silahdaş Arturun yanına gələrək deyir: “Heç nə Kralın həyatından qiymətli deyil”. Beləcə cadugərdən cavabı alırlar: “Qadınlar hər zaman öz azad iradələri ilə qərar vermək istəyirlər”.
Tamamilə doğru olan bu cavab sayəsində Kralın həyatı qurtulur. Lakin əvəzində silahdaşının həyatı sönmüş olur. Nəhayət, kralın dostu üçün ən pis an – toy gecəsi gəlir. Lakin o, otağa girəndə cadugərin əvəzində dünyanın ən gözəl qadınını görür. Kralın dostu heyrətlənir və soruşur : “Sən kimsən?”. Qadın cavab verir: “Mən evləndiyin cadugərəm. Gündüzlər olduqca çirkin, gecələr son dərəcə gözəl oluram və ya əksinə. Necə görünəcəyimə sən qərar verəcəksən”.
Kralın dostu bir az düşünür. Gecələr mükəmməl bir sevgilimi, yoxsa gündüzlər xanımı ilə birgə qazanacağı hörmətmi? Cavabı belə olur: “Necə olmaq istədiyinə sən qərar ver. Mən sənin hər halına hörmət edirəm”. Cadugər bu cavaba çox sevinir: “Sən mənə seçim azaldığı verdin və məni məhdudlaşdırmadın. Ona görə də ömür boyu yanında gözəl və hörmətli görünəcəm”
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
“Bilirəm, sən günəşsən, mən dünya. Ətrafında dönən çoxlu planet var. Amma unutma, sadəcə məndə həyat var”.
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
Həqiqi sevgi istəyirsinizsə, Şəms kimi dünyanın o biri başında da olsa yarınızın var olduğuna inanmalısınız. Əvvəlcə inanın, sonra da həvəslə istəyin. Kainat özü onu sizə gətirəcək. Ümidsizlik sevginin önündəki ən böyük maneədir.
Əgər həqiqətən ruhunuzun o biri tayını istəyirsinizsə, onu arzulayın. O insanı tapmayacağınıza və ya tapdığınız insanla bir yerdə olmayacağınıza inanırsınızsa, o adamla nəinki birgə həyat qura, heç bir yerdə addımlaya bilməzsiniz. Hər zaman acı çəkərsiniz. Birlikdə olduğunuz insanla bir gün ayrılacağınızdan qorxursunuzsa, onunla bir gün deyil, hər gün ayrılarsınız. Qorxduğunuz ayrılığın başınıza gələcəyinə təminat verə bilərəm
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
“Çarəsiz qaldığım zamanlarda gedib daş ustası tapır və seyr edirəm. Adam daşa bəlkə yüz dəfə vurur. Amma bu zərbələr daşı nəinki qırmır, hətta çatlatmır da. Sonra birdən yüz birinci vuruşda daş ikiyə ayrılır. Bax, o zaman anlayıram ki, daşı ikiyə bölən son zərbə deyil, ondan əvvəlkilərdir”.
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
Gülümsəməkdən heç vaxt vaz keçmə. Kədərli olduğunda belə, gülüşünə kimin, nə zaman aşiq olacağını bilə bilməzsən”.
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
Qadınların ən qəribə tərəfi – nə onlarla yaşamaq olur, nə də onlarsız”
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırsanız da, hər zaman yenidir”.
L.Tolstoy
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
“Evləndikdən sonra kişi və qadın, bir qəpiyin iki üzü kimidirlər. Əsla üz-üzə gəlməzlər, ancaq həmişə bərabərdirlər”.
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
“Sevmək bir-birinə deyil, birlikdə eyni istiqamətə baxmaqdır”.
A.Ekzüperi
Vusala Mammadova
Vusala Mammadovaalıntı yaptı5 yıl önce
“Susqun qısqanclıqdan qorxmaq lazımdır”.
Riverol
Əli
Əlialıntı yaptı4 yıl önce
Konfutsi bir gün bir əlində şüşə qab, o biri əlində böyük bir qırmızı almayla sinfə daxil olur. Girər-girməz sağ əlini yuxarı qaldırır və soruşur: “Əlimdə gördüyünüz şey nədir?”. “Şüşə qaaaab! ...”, – deyə tələbələr bir ağızdan cavab verir.
Konfutsi digər əlini havaya qaldırır: “Bəs bu nədir?”. “Almaaaa…”, – tələbələr cavab verir.
Əllərini aşağıya endirib şüşə qabı kürsünün qarşısına qoyur. Əlindəki almanı da onun içinə atır. Təbəssüm edərək tələbələrə tərəf dönür: “Şüşə qabdan almanı çıxardan onu yeyə bilər”.
Tələbələrdən biri ayağa qalxır və “mən çıxarda bilərəm”, – deyir.
“Gəl göstər, biz də görək”, – deyir Konfutsi. Tələbə əlini rahatca qaba salır və almanı asanlıqla ovcunun içinə alır. Amma almanı qabdan çıxarda bilmir. Əli almayla birlikdə qabın ağzına sığmır. Lakin almanı buraxmaq da istəmir. O, Konfutsiyə yalvarırcasına baxır: “Əlimi çıxarda bilmirəm, müəllim”. “Almanı burax”, – deyir Konfutsi. “Amma almanı yemək istəyirəm”, – deyir tələbə. Bütün siniflə birlikdə Konfutsi də qəhqəhə çəkir: “Hər zaman iki şeyə eyni anda sahib olmaya bilərsən, oğlum. Seçim etmək məcburiyyətində qala bilərsən”. Tələbə düşünərək bir çıxış yolu axtarır. Amma tapa bilmir. Ya əli şüşə qabda qalmalıydı ki, bu halda da almaya qovuşmayacaqdı. Ya da almadan əl çəkməklə əlini xilas etməli idi. Hər iki halda da almanı yemək zövqündən məhrum olurdu. Məcburən almadan əl çəkib, əlini qabdan çıxartdı.
Konfutsi tələbələrdən soruşdu: “Sınaqdan keçirmək istəyəniniz var?”. Bir neçə tələbə də cəhd etdi, amma nəticə uğursuz oldu. Sonda hamı yerinə oturdu. Konfutsi sinif otağını diqqətlə süzdü: “Sizcə, mən bu almanı qabdan çıxartmağı bacararam?”. “Xeyr… Mümkün deyil”, – bütün sinif ucadan dedi. Beləliklə, Konfutsi qeyri-mümkünü bacara bildi. Hər kəsin gözü qarşısında ovcunu açdı, qabı tərsinə çevirdi, alma yuvarlanıb ovcuna düşdü. Bunu görən hər kəs təəccüb etdi. Bu qədər asan bir üsul ağıllarına niyə gəlməmişdi? Konfutsi isə hamıdan fərqli olaraq öz ciddiyyətini qoruyurdu. “Uşaqlar”, – o dedi. – “Əslində bu, göründüyü qədər də asan bir şey deyil”.
“Amma çox asandır”, – deyə tələbələrdən biri dedi. – “Qabı tərsinə çevirdiyimizdə alma ovcumuza düşür”. “Hər gördüyünə aldanma, oğlum”, – deyən Konfutsi həmin tələbəyə tərəf döndü. Almanı tutduğu əlini havaya qaldıraraq hər kəsə göstərdi: “Lazım olan anda bir şeyi buraxmaq həqiqətən də asan bir şey deyil. Əl çəkməli olduğunuz şey bəzən bir alma, bəzən bir vəzifə, bəzən bir maaş, bəzən bir ad, bəzən bir rütbə, bəzən bir hakimiyyət ola bilər. Unutmayın, əl çəkməli olduğunuz şeyi buraxmadan azad ola bilməzsiniz
b5304156127
b5304156127alıntı yaptı4 yıl önce
Qorxaraq yaşayırsansa, həyatı sadəcə seyr edə biləcəksən.
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
“Qadınlar hər zaman öz azad iradələri ilə qərar vermək istəyirlər”.
Tural Ehmedov
Tural Ehmedovalıntı yaptı4 yıl önce
Bir dəfə qarşına məqsəd qoydunsa, dağları yerindən oynadarsan.
Leman
Lemanalıntı yaptı5 yıl önce
“Beyin – mükəmməl bir kölə, bərbad bir hökmdardır”.
“Mustafa Kılınç”
#Paradise☆Woman
#Paradise☆Womanalıntı yaptı3 yıl önce
“İstəklərinizin arxasınca gedin, xoşbəxtlik özü sizi tapacaq”.
“Mustafa Kılınç”
Əli
Əlialıntı yaptı4 yıl önce
Birinci Sirr: “NƏ İSTƏDİYİNİZİ BİLİN
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)