az
Fyodor Dostoyevski

Qumarbaz

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Xuraman Memmedovaalıntı yaptı3 yıl önce
    mən taleyin bütün bu mənasız təkanlarından ucadayam…
  • Xuraman Memmedovaalıntı yaptı3 yıl önce
    Bəli, bəzən ən dəlisov fikir, zahirən ən mümkünsüz fikir beynində o qədər bərk möhkəmlənir ki, onu axırda nəsə real bir şey kimi qəbul eləyirsən… Üstəlik, əgər fikir güclü, ehtiraslı arzuyla birləşirsə, onda bir daha nəhayət, qaçılmaz, labüd, qabaqcadan müəyyən olunmuş, artıq baş verməməsi mümkünsüz olan bir şey kimi qəbul eləyirsən!
  • M.Vəlizadəalıntı yaptı6 yıl önce
    Naşir F.Stellovskiylə bağladığı müqaviləyə görə 1866-cı il noyabrın 1-də ona yeni əsər verməli idi. Amma həmin vaxt “Cinayət və cəza” romanını bitirməyə çalışdığından stenoqrafçısı A.Q.Sinitkinanın köməyindən istifadə eləmək zorunda qalır. Cəmi 25 gün ərzində – 1866-cı il oktyabrın 4-dən 29-dək əsəri diktə eləyir və vaxtında nəşriyyata təhvil verir.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    Əsl centlmen, əgər bütün var-yoxunu uduzsa da, həyəcanlanmamalıdır. Pul centlmenlikdən o qədər aşağı olmalıdı ki, demək olar, onun qayğısını çəkməyə dəyməsin.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    mən taleyin bütün bu mənasız təkanlarından ucadayam…
  • Xuraman Memmedovaalıntı yaptı3 yıl önce
    Ola bilsin, burda daha nəsə, öncəduyumların müəyyən uyğunluğu, hansısa qeyri-adi iradə qüvvəsi – öz fantaziyanla zəhərlənmə, yaxud daha nəsə var, – bilmirəm;
  • Xuraman Memmedovaalıntı yaptı3 yıl önce
    Mənə bəzən elə gəlir ki, yenə də həmin qasırğanın içində fırlanıram, lap indicə yenə həmin tufan özünü yetirəcək, böyrümdən keçəndə məni qanadına götürəcək, mən yenə ölçü qaydasını və hissini itirəcəyəm, fırlanacağam, fırlanacağam…
  • Xuraman Memmedovaalıntı yaptı3 yıl önce
    Ruslarsa, təkcə kapitalı əldə eləməyə qabil deyillər, həm də onu birtəhər əbəs yerə, necə gəldi sərf edirlər. Buna baxmayaraq, biz ruslara da pul lazımdı, – əlavə elədim, – nəticə etibarilə, biz belə, məsələn, ruletka kimi iki saat ərzində, zəhmət çəkmədən, qəfildən varlanmaq mümkün olan üsullara çox şad və çox meyilliyik. Bu bizim izzəti-nəfsimizi çox oxşayır; elə əbəs yerə, zəhmətsiz oynadığımıza görə də uduzuruq!
  • Xuraman Memmedovaalıntı yaptı3 yıl önce
    Bu adam qətiyyən gözlərimin içinə baxa bilmir; o, bunu çox istəyərdi, amma mən hər dəfə elə diqqətli, daha doğrusu, hörmətsiz baxışlarla cavab verirdim ki, elə bil pərt olurdu.
  • Anvar Mammadalıntı yaptı2 yıl önce
    Bəli, bəzən ən dəlisov fikir, zahirən ən mümkünsüz fikir beynində o qədər bərk möhkəmlənir ki, onu axırda nəsə real bir şey kimi qəbul eləyirsən… Üstəlik, əgər fikir güclü, ehtiraslı arzuyla birləşirsə, onda bir daha nəhayət, qaçılmaz, labüd, qabaqcadan müəyyən olunmuş, artıq baş verməməsi mümkünsüz olan bir şey kimi qəbul eləyirsən!
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)