İmperator sarayında Rahib çəkdiyi rəsmin yanında dayanmışdı, imperator Feofil kənardan Babəkin portretinə baxaraq fikrə getmişdi.
– Daşdan çapılıb, elə bil üzünün hər cizgisi! – dedi Feofil. – Doqquz yaşında dağ çobanı. Sonra ilk gənclik illərində karvan oğlanı... Ola bilər bu mümkündür. Amma heç vaxt inanmaram ki, tuluqda zeytun yağı satan bir kişinin oğludur bu... hər ehtimala qarşı, şəcərə düzəltmək lazımdır bu adam üçün, guya İran şahı Bəhram Çubinin nəslindəndir.