Aybəniz Həsənovabir izlenim paylaşıldı8 yıl önce
🎯Değer
💞Bayıldım

Jane Austen ingilis ədəbiyyatında özünəməxsus yeri olan bir yazıçıdır. Xüsusilə də dövrünün şərtlərini, yaşadığı mühiti, mənsub olduğu cəmiyyətin qadın yazarlara birmənalı olmayan münasibətini nəzərə alarsaq heç də gözardı edilməyəcək qədər önəmli yazıçıdır. Düzdür, romanlarında bir Virginia Woolf dərinliyi (nəzərə alsaq ki, ikisi də qadın yazar və ikisi də eyni millətə mənsubdur, üstəlik Virginianın yaşadığı dövrdə də qadın yazarlara münasibət çox da fərqli olmayıb) görmək mümkün deyil. Amma dövrünə görə kifayət qədər cəsarətli fikirləri var. Kitabları əsasən romantik təsir bağışlayır, amma eyni zamanda dövrün İngiltərəsini, adət-ənənələrini, yaşam tərzini əks etdirməsi baxımından əsərləri maraqlı bir mənbədir. Üstəlik qadınlara münasibət məsələsinə də toxunur romanlarında. Bu səbəbdən özündən sonrakı qadın yazıçılar üçün təməl daşları atmış da saya bilərik Jane Austeni. Ədəbiyyatla ciddi şəkildə maraqlananların oxumalı olduğunu və klassika sevərlərin sevərək oxuyacağını düşünürəm.

  • mevcut değil
  • Yorum yapmak için katılın veya oturum açın
    fb2epub
    Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)