Alber Kamü

Kitaplar

Alıntılar

b8468989854alıntı yaptı2 yıl önce
İctimai fikir müqəddəs şeydir: küy qaldırmaq olmaz, əsas məsələ əhalini küyləməməkdir
b8468989854alıntı yaptı2 yıl önce
Doğrudan da bəla elə bir şeydir ki, hamının başına gələ bilər, amma, bəla başının üstünü alanda belə, adam onun varlığına inana bilmir. Dünyada müharibələrin sayı qədər taun xəstəliyi olub. Taun da, müharibə də adamları həmişə qəfildən yaxalayır. Həkim Ryö də, bütün şəhər əhalisi kimi, qəfil yaxalanmışdı və onun şübhələrinə səbəb də elə bu cəhət idi. Həkim nigarançılıqla ümid arasında qalmışdı. Müharibə baş verəndə camaat belə deyir: “Uzun çəkməz, axmaq işdir”. Şübhə yox ki, müharibə axmaq işdir, axmaq iş olsa da, uzanıb gedir. Axmaq iş həmişə uzanır və bunu tək özünü fikirləşməyənlər daha yaxşı duyurlar. Bizim şəhərin camaatı da bu mənada başqalarına bənzəyirdi, ancaq özlərini fikirləşirdilər. Onlar bəlanın mövcudluğuna inanmırdılar. Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular biri-birini əvəz edir və keçib gedən adamlar olur.
b8468989854alıntı yaptı2 yıl önce
. Axı nə biləydilər ki, gələcəyi, səfərləri, mübahisələri yoxa çıxaran bir taun da var? Onlar özlərini azad sayırdılar, amma nə qədər ki, bəlalar var, heç kəs, heç vaxt azad olmayacaq.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)