Ilham Ismayil

Alıntılar

Vusala Mammadovaalıntı yaptı2 yıl önce
Ertəsi gün Murovdağda gördüklərimi, vəziyyətin çətin olduğunu, fəlakət olacağını birbaşa telefonla nazirə dedim. İmranov: “Çətin olduğunu bilirik, amma addım atılıb, geri dura bilmərik”. Bəli, zamanında durdurulsaydı, bu qədər əsgər itkisi verməzdik. Murovdağda Kəlbəcər istiqamətində məğlub olan əsgərlərimiz düşmən gülləsindən çox so­yuq­dan, şaxtadan qırıldı. Bir neçə il sonra iki mindən çox əsgərin həlak olduğu, itkin düşdüyü barədə rəsmi sənəd­lər açıqlandı. Bizim bölmənin xadiməsinin oğlu da orda olmuşdu. Ayaqlarını don vurduğundan əməliyyatla ayaqlarının altını tamam götürmüşdülər. Onunla söhbət edəndə deyirdi ki, sağ qalmağına görə komandirinə borcludur. “Dağları aşdıqca dağ gəlirdi, taqətdən düşüb elə soyuqdaca yatmaq istəyəndə komandir bizi təpiklə vururdu, yatmayın, öləcəksiniz, bir azdan kəndə çatacağıq, deyirdi. Düz iki gün, iki gecə yol gələn əsgərlər Daşkəsənin hansısa kəndinə çatmışdılar. Ötən yay Daşkəsənin Zağalı kəndində olanda yerli adamlar Daşkəsənlə Kəlbəcərin arasındakı yerlərdə hələ də insan skeletlərinin qalıqlarına rast gəldiklərini söyləyirdilər.
Vusala Mammadovaalıntı yaptı2 yıl önce
Martunaşendə əməliyyat mənbəyim vardı, çox çətinliklə Kuşşi Armavir kəndinin kənarında görüşümüz baş tutdu. Məlumata görə, Çaykəndə Yerevandan Tatul Krpeyan adlı cavan dəstə başçısı gəlmişdi. Həddindən artıq əzazil olduğunu, yerli çaykəndlilərin qəti şəkildə vertolyotla köçməsini, gediş-gəlişini qadağan etmişdi. İtaət etməyəni həbslə hədələyir və adamları, görk olsun deyə, bir neçə gün həbs edib kənara buraxmırdı.
Vusala Mammadovaalıntı yaptı2 yıl önce
Çaykəndin azad edilməsi SSRİ-nin rəhbəri Mixail Qorbaçov, SSRİ Müdafiə naziri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycanın rəhbəri Ayaz Mütəllibov səviyyəsində müzakirə olunmuş, respublika rəhbərlərinin hamısı Xanlara (indiki Göygöl) gəlmiş və 1991-ci il aprelin 30-da başlamış əməliyyat mayın 4-də tamamlanmışdı. Bu günlərin hər biri tarixi hadisələrlə doludur. İlk gündən sonunadək iştirakçısı və şahidi olduğum bu hadisələr tariximizin qələbə səhifəsidir. Az yada salınan, danışılmayan, unudulmuş qələbə...

İzlenimler

natiq hesenovbir izlenim paylaşıldı2 yıl önce
👍Okumaya değer

  • mevcut değil
  • Vusala Mammadovabir izlenim paylaşıldı2 yıl önce
    🔮Gizli Derinlikler
    💡Çok Şey Öğrendim
    🎯Değer
    👍Okumaya değer

  • mevcut değil
  • fb2epub
    Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)