📌 Müyəssər - Asanlıqla hasil olan, asan başa gələn, imkan daxilində olan; mümkün, asan, qolay.
📌 Müyəssər olmaq – mümkün olmaq, imkan daxilində olmaq, başa gəlmək, əldə edilə bilmək: nəsib olmaq.
Tarixi hadisələrə çox geniş işıq tutulmur bu əsərdə yeni oxumaq istəyənlər bilin ki bu əsər tarixdən çox insan hislərilə bağlantılıdır. Romantik klassik üslubdadır və dünyanın harasından olur olsun bütün insanların Artur da daxil olmaqla öyrəndiyi yalan ucbatından seçdiyi ağır yollar, başına gələn ağır psixoloji hadisələr və insanın özünü necə uçuruma aparmasından bəhs edir daha çox.. Sadəcə əsər ona görə klassika sayılır ki, Arturun yaşadıqlarını oxuduqca elə bilirsən sən özün də onunla bərabər bu hisləri keçirir, o ağrı acını dərindən yaşayırsan... Budur klassika.. Sözün qələmin gücü.. Oxumağa tamamilə dəyər, lakin hər kəs eyni cür dərk və hiss edə bilməz..