Səlahiyyətin tapşırılması həm ayrı-ayrı adamlar, həm də təşkilat üçün artım və inkişaf deməkdir. Deyirlər ki, ABŞ-da univermaqlar şəbəkəsinin təsisçisi, mərhum C.Penni demişdir ki, ən ağıllı qərar odur ki, gördün daha təklikdə bir şey edə bilmirsən, işlərin başını “burax getsin”. Neçə illər əvvəl qəbul edilmiş bu qərar minlərlə işçisi olan yüzlərlə yeni dükan açmağa imkan vermişdir. Bu da sizə artım və inkişaf!