bir neçə birə 30 sm hündürlüyü olan bir şüşə qabın içinə buraxılır. Qabın ağzına şüşə, dibinə isə metal qoyulur. Sonra metal döşəmə qızdırılır. İstidən narahat olan birələr tullanıb qaçmaq istəyirlər, ancaq başları tavandakı şüşəyə dəyərək aşağı düşürlər. Döşəmə isti olduğu üçün yenə tullanırlar, yenə də başları şüşəyə dəyir.
Birələr şüşənin nə olduğunu bilmədikləri üçün onlara mane olan şeyin də nə olduğunu bilmirlər. Dəfələrlə başları şüşəyə dəydikdən sonra o döşəmədən 30 sm-dən artıq hündürlüyə tullanmamağa öyrəşirlər. Bu mərhələdə tavandakı şüşəni götürürlər. Döşəmə yenidən qızdırılır. Bütün birələr eyni yüksəkliyə, yəni 30 sm hündürlüyə tullanırlar!
Başlarının üzərində şüşə maneə yoxdur, daha da hündürə tullanmaq imkanları var, ancaq buna cəsarət edə bilməzlər. Başlarını şüşəyə vura-vura öyrəşdikləri bu məhdudlaşdırıcı «həyat dərsi»nə sadiq qalaraq yaşayırlar.