bookmate game
az
Elxan Elatlı

Qan ləkəsi

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Kristina Salmanlialıntı yaptı8 yıl önce
    Əlaqənin təzahür etdiyi o biri mənadan isə bəlkə heç Tanrının da xəbəri yox imiş. Burada tərəflər bir-birinə qəlblərinə müvəqqəti hakim olmuş ehtiraslarını söndürmək üçün yaxınlaşırlar. Bu əlaqə insanların çoxu tərəfindən indi də qəbul olunmur və bunu Şeytanın yoldan çıxarması kimi anlayırlar.
  • foto828alıntı yaptı7 yıl önce
    «Get, mənim əziz Leopardım! Get, amma sənə dediklərimi də unutma! Bilirəm, sən maskalanmaqdan, başqa ad altında gizlənib, düşmənə tələ qurmaqdan açıq döyüşü daha üstün tutursan. Hətta belə döyüşlərdə dəfələrlə öz qəhrəmanlığını sübut etmisən. Mən heç inanmıram ki, təkbətək açıq döyüşdə sənə qalib gələ bilən bir igid tapılsın.
    Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır. Əgər bu keyfiyyətləri də fiziki gücünlə birləşdirə bilsən, əmin ola bilərsən ki, qələbə həmişə sənin olacaq!»
    (Məxfi şöbənin rəisi polkovnik Baratovun
    Leopardı kəşfiyyata göndərərkən dediklərindən. Sentyabr 1993-cü il).
  • Məhəbbət Şirinovaalıntı yaptı7 yıl önce
    Aristotelin ziddiyyət qanununda deyilir ki, bir-birini inkar edən iki fikir eyni zamanda və eyni şəraitdə düzgün ola bilməz.
  • Kristina Salmanlialıntı yaptı8 yıl önce
    Ölmə hələ, Kobra! – dedi. – Mənə qulaq as! Özü də diqqətlə qulaq as! Səni o uşağa, onun anasına görə öldürürəm! Xanəlinin oğlunu öldürdüyünə görə öldürürəm! Laçında, Kəlbəcərdə, Cəbrayılda, Bakıda, nə bilim, daha harada, öldürdüyün azərbaycanlılara görə öldürürəm! Get! Get, o dünyada da Allah özü verəcək cəzanı!
  • Kristina Salmanlialıntı yaptı8 yıl önce
    Canını istəyirəm, Kobra, canını!
  • b2821991787alıntı yaptı8 yıl önce
    Xankəndidəki əsir düşərgələrinin birində əsirlərin daxili orqanlarının çıxarılıb xaricə satılmağına rəhbərlik edirmiş.
  • b2821991787alıntı yaptı8 yıl önce
    Yadındadı, Leopardın əsirlikdən xilas etdiyi oğlan nə danışırdı?
  • b2821991787alıntı yaptı8 yıl önce
    Üstəlik, neçə qız-gəlinin namusuna toxunub bu alçaq!
    Baratov sözünə ara verib bir siqaret yandırdı.
  • Sahid Siraliyevalıntı yaptı8 yıl önce
    QAN LƏKƏSİ
    roman
  • b2923166055alıntı yaptı8 yıl önce
    Onları da çox gördülər mənə… Əzizlərimi öldürüb, məni əsir götürdülər… Cəbrayıl kimi, Kəlbəcər kimi, Laçın kimi… Öldürmədilər ki, canım qurtarsın mənim də.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)