bookmate game
az
Lev Tolstoy

Dirilmə

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Xuraman Memmedovaalıntı yaptı6 yıl önce
    Bütün insanlar qismən öz fikirləri, qismən başqalarının fikri ilə oturub dururlar. İnsanlar arasındakı başlıca təfavütlərdən biri onların nə dərəcədə öz fikirləri və nə dərəcədə də başqalarının fikirləri əsasında yaşamalarından ibarətdir. Bəzi adamlar öz düşüncələrindən çox vaxt bir ağıl oyunu kimi istifadə edirlər, onlar öz ağıllarını işə salmır və onunla hərlədici qayışı çıxarılmış çarx tək rəftar edirlər, öz hərəkətlərində isə başqalarının düşüncələrinə – adətə, ənənəyə və qanuna tabe olurlar. Digərləri isə öz düşüncələrini özlərinin bütün fəaliyyətinin başlıca mənbəyi hesab edərək, demək olar ki, həmişə öz ağıllarının tələblərinə qulaq asıb, ona tabe olur, yalnız nadir hallarda, o da tənqid olunanda, başqalarının qərara aldıqları kimi hərəkət edirlər
  • Xuraman Memmedovaalıntı yaptı6 yıl önce
    Onun vəzifəsindəki ziddiyyət bundan ibarət idi ki, bu vəzifədə olan adam, zorakılıq da daxil olmaqla, xarici vasitələrlə kilsəyə kömək göstərib onu müdafiə etməli idi. Halbuki kilsənin özünün öyrətdiyinə görə, onu Allah bərqərar etmişdi, ona həm cəhənnəm qapıları üstün gələ bilməzdi, həm də insan heç bir vəchlə onu məğlub edə bilməzdi. Heç bir şeylə məğlub edilməyən bu ilahi müəssisəyə isə öz çinovnikləri ilə birlikdə Toporovun başçılıq etdiyi, insanlar tərəfindən qurulmuş idarə kömək göstərib, onun müdafiəsinə qalxmalı idi. Toporov bu ziddiyyəti görmürdü və ya onu görmək istəmirdi, odur ki, cəhənnəm qapılarının məğlub edə bilmədiyi kilsəni hər hansı bir katolik keşişin, pastorun və ya təriqətçinin dağıtmamasının ciddi surətdə qeydinə qalırdı. Əsas dindarlıq hissindən, insanların bərabərliyi və qardaşlığını dərk etməkdən məhrum edilmiş bütün adamlar kimi, Toporov da möhkəm yəqin eləmişdi ki, xalq onun özünə oxşamayan tamamilə başqa şəxslərdən ibarətdir və xalq üçün zəruri hesab etdiyi şey olmadan da, o özü çox yaxşı dolana bilərdi. O özü qəlbinin dərinliyində heç nəyə inanmırdı, belə bir vəziyyəti çox münasib və xoş hesab etsə də, xalqın da bu vəziyyətə gəlib çatacağından qorxduğu üçün, özünün dediyinə görə, onu bundan xilas etməyi öz müqəddəs borcu bilirdi.
    Bu aşpazlıq kitabında deyilir ki, xərçənglər diri-diri qaynar suda bişirilməyi xoşlayır. Həmin ifadə kitabda məcazi mənada işlədilmiş olduğu halda, Toporov bunu məcazi mənada deyil, açıqdan-açığa yəqin eləmişdi və həmişə belə düşünür, deyirdi ki, xalq mövhumatı sevir.
    O müdafiə etdiyi dinə toyuqçunun öz toyuqlarına verdiyi çürüntüyə bəslədiyi münasibət kimi bir münasibət bəsləyirdi: çürüntü çox iyrənc olsa da, toyuqlar onu sevə-sevə yeyirlər, buna görə də onlara cəmdək yedirtmək lazımdır.
  • Fexri Hacizadealıntı yaptı4 yıl önce
    Ən adi və çox yayılmış yanlış inamlardan biri budur ki, guya hər insan özünə xas olan müəyyən xüsusiyyətlərə malikdir, mehriban, kinli, ağıllı, axmaq, enerjili, bədxasiyyət və i. a. adamlar olur. İnsanlar belə olmurlar. Biz bir insan haqqında deyə bilərik ki, kinli olmaqdan çox, mehriban, küt olmaqdan çox, ağıllı, laqeyd olmaqdan çox, enerjilidir və ya əksinə olur. Ancaq bir insan haqqında desək ki, o ağıllı və mehriban, bir başqası isə kinli və axmaqdır, bu düz olmaz.
  • Hittingthespacebaralıntı yaptı7 yıl önce
    İnsanlar da çaylar kimidir: bütün çaylarda su eynidir və hamısında həmin sudur, amma hər bir çay gah daralır, gah iti axır, gah genəlir, gah dinc axır, gah təmiz olur, gah soyuyur, gah bulanır, gah ilıq olur.
  • sirajsultanlialıntı yaptı3 yıl önce
    Üzümçülər elə təsəvvür ediblər ki, ağa üçün işləməyə göndərildikləri bağ onların öz bağlarıdır, bağda olan hər şey onlar üçündür və onların işi bağ sahibini yaddan çıxarıb, üzümçülərə onu və üzümçülərin sahibkar qarşısındakı vəzifələrini xatırladanları öldürərək, yalnız öz həyatlarından zövq almaqdan ibarətdir.
  • sirajsultanlialıntı yaptı3 yıl önce
    Beşinci ehkam (Mf. V, 43-48) bundan ibarət idi ki, insan öz düşmənlərinə nəinki nifrət bəsləyib onlarla müharibə etməlidir, bəlkə, onları sevməli, onlara kömək əlini uzadıb xidmət etməlidir.
  • sirajsultanlialıntı yaptı3 yıl önce
    Dördüncü ehkam (Mf. V, 38-42) bundan ibarət idi ki, insan nəinki intiqam almamalıdır, bəlkə, bu üzünə vurduqda, o üzünü çevirməlidir, təhqiri bağışlamalıdır və bu təhqirə sakitcə dözüb, insanların ondan istədiklərini heç kəsə müzayiqə etməməlidir.
  • sirajsultanlialıntı yaptı3 yıl önce
    Üçüncü ehkam (Mf. V, 33-37) bundan ibarət idi ki, insan and içmək yolu ilə heç nəyə boyun olmamalıdır.
  • sirajsultanlialıntı yaptı3 yıl önce
    İkinci ehkam (Mf. V, 27-32) ondan ibarət idi ki, insan nəinki zinakarlıq etməməlidir, həm də qadın gözəlliyindən zövq almaqdan çəkinməlidir, bir qadınla bir dəfə ki, evləndi, ona heç vaxt xəyanət etməməlidir
  • sirajsultanlialıntı yaptı3 yıl önce
    Birinci ehkam (Mf. V, 21-26) ondan ibarət idi ki, insan insanı nəinki öldürməli deyil, həm də ona qəzəblənməməlidir, heç kəsi özündən aşağı hesab etməməlidir, əgər birisi ilə dalaşarsa, Allaha hədiyyə verməzdən, yəni dua etməzdən əvvəl onunla barışmalıdır.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)