Bir yalanı heç vaxt məhv etmək mümkün deyil. Hətta həqiqətin özü də buna kifayət etmir
aygulalıntı yaptı6 yıl önce
yazmaq istəyinin olmadığını fikirləşəndə, yazmaq həvəsində olduğunu düşünmək gücün olmur və ya yazmaq həvəsinin olduğunu düşünəndə də, yazmaq istəmədiyini fikirləşmək həvəsin olmur.
Nurlan Süleymanovalıntı yaptı7 yıl önce
Yaxşı dedektiv romanda mənasız heç bir şey yoxdu. Artıq cümlə və ya söz görməzsən. Əhəmiyyətsiz olsa da, nə vaxtsa əhəmiyyətli olacaq; bu da eyni şey deməkdir.
aygulalıntı yaptı6 yıl önce
Bəzən mədəni olmaq da həddində olsa yaxşıdır, artığı ziyanvericidir.
aygulalıntı yaptı6 yıl önce
O mövcud idi, ancaq həm də əlçatmazdı
b3739029842alıntı yaptı9 yıl önce
Məqsədsiz gəzintilərdə hər yer eyniydi, harada olmağının da əhəmiyyəti yoxdu. Heç yerdə olmadığını hiss etdiyi gəzintilər ən əhəmiyyətliləriydi.
b5100845609alıntı yaptı9 yıl önce
nsan atılmış, qovulmuş varlıqdır – bu bizə Tövratdan məlumdur.
b5100845609alıntı yaptı9 yıl önce
Əslində, hardasa hamı yumurtadır. Biz mövcuduq, ancaq taleyimizdə bizə nəsib olan formaya nail ola bilməmişik. Biz tamamilə saf patensiyalıq, hələ mövcud olmayan bir şeyin formasıyıq.
b5100845609alıntı yaptı9 yıl önce
Belə başa düşmək olar ki, tikintidə üç qrup insan işləyirdi: cənnətə qovuşmaq istəyənlər, Tanrıya qarşı müharibə aparmaq istəyənlər və bütpərəstlər. Hər üç qrup ümumi fəaliyyətdəydi – “bütün dünyada bir dil və bir söz danışılırdı” – görünür,
b5100845609alıntı yaptı9 yıl önce
O belə fikirləşirdi ki, əgər cənnətdə pislik yoxdursa, deməli, yaxşılıq da yoxdur.