bookmate game
az
Paulo Koelho

Rio-Pyedranın sahilində oturdum və ağladım

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
Romanının qadın və kişi qəhrəmanı uşaqlıqlarını
birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf
etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı
şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə
məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız
(Pilar) yaşadığı şəhərdə instituta daxil olur,
uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları
qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət
sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni
insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz,
eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız
məktublarında dindən, tanrıdan tez-tez danışmağa
başlayır və ən son məktubunda dini bir mühazirə
oxumaq üçün Madridə gələcəyini və Piları da o
mühazirəyə dəvət etdiyini yazır. Pilar yalnız keçmişdən
danışmaq və keçən o qədər ildən sonra onu görmək
üçün cəmi bir günlük Madridə yollanır. Əsl hekayət
də elə bu nöqtədən başlayır.
Bu kitap şu anda mevcut değil
142 yazdırılmış sayfalar
Telif hakkı sahibi
Qanun Nəşriyyatı
Bunu zaten okudunuz mu? Bunun hakkında ne düşünüyorsunuz?
👍👎

İzlenimler

  • Наргиз Аскерлиbir izlenim paylaşıldı7 yıl önce
    💧Duygusal

    11 ilden sonra unudulmayan sevgi , bele sevgi ya kitablarda olur , ya da ki, filmlerde .

  • Nunu Mammedzadebir izlenim paylaşıldı4 yıl önce
    🌴Plaj Kitabı

    Mən hiss edirdimki,uzin illər ərzində eyni cür oyanaraq və yataraq,eyni sözləri təkrarlayaraq,eyni işləri görərək eyni bir günü yaşamışam.Elə yuxumada eyni şeylər girirdi

  • Sahilebir izlenim paylaşıldı7 yıl önce
    🎯Değer

    Tanrı hər gün bizə - günəşlə birlikdə - bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan fərqlənmir. Ancaq öz gününə diqqətlə baxan kəs həmin sehirli anı tapacaq. O, bizim sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik anında, ya da bir - birindən ayirmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin an - ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkani verən an mövcuddur...

Alıntılar

  • Sahilealıntı yaptı7 yıl önce
    Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.
  • Lamiya Yusibova Murshudlualıntı yaptı7 yıl önce
    Sevmək – başqa adamın bir parçası olmaq, onda İlahi odun qığılcımlarını tapmaq deməkdir».
    Qoy,
  • Tutu Babaxanovaalıntı yaptı5 yıl önce
    Tanrı hər gün bizə – günəşlə birlikdə – bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan fərqlənmır. Ancaq öz gününə diqqətlə baxan kəs həmin sehrli anı tapacaq. O, bizim sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik anında, ya da bir-birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin an – ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an mövcuddur.

Kitap raflarında

fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)