Zahir, Paulo Koelho
az
Kitaplar
Paulo Koelho

Zahir

«İranlı bir müdrikin dediyi kimi, Eşq kimsənin qurtarmaq istəmədiyi xəstəlikdi… Bu xəstəliyə yoluxanlar heç vaxt sağalmaq, eşq üzündən əzab çəkənlər də müalicə olunmaq istəmirlər».
Dünyanın ən çox oxunan yazıçılarından biri Paulo Koelhonun «Zahir» romanı sevginin təkcə cismani yaxınlıq yox, həm də ruhi doğmalıq olduğu haqqındadı. Əsərdə Sevgi enerjisinin bütün insanları bürüməsini arzulayan adamların keçdiyi yol təsvir olunur.
Roman Paulo Koelhoya məxsus üslubda – hə­yati həqiqətlərin anlaşıqlı fəlsəfi yozumu ilə qələmə alınıb.
298 yazdırılmış sayfalar
Telif hakkı sahibi
Qanun Nəşriyyatı

İzlenimler

Suleyman Rustamov
Suleyman Rustamovbir izlenim paylaşıldı5 yıl önce
👍Okumaya değer
💡Çok Şey Öğrendim

Bu kitabın ən mükəmməl şərhi bu olsa gərək

Bu necə yoxluqdur ki,
korluğum da əngəl ola bilmir səni görməyimə
bu necə yoxluqdur ki,
hər yerdə varsan!...

yoxsa sən həm yox, həm varsan?...

Nəsən sən, müəmmasan, sirsən?
axı sən, Ester,
axı sən hər yerdə
axı sən hər kəsdə zahirsən!

Bu necə yoxluqdur ki,
buna görə səni suçlamaq da
danlamaq da olmur...

O qədər aydınsan ki,
səni yanlış anlamaq da olmur.

Bizimki, bilirsən,
bizimki yarımçıq bir tarixçə oldu, Ester,
xəbərsiz mübtəda, almasız nağıl...
arxanca nöqtə qoya bilmədim deyə
yeni gələnlər böyük hərflə yazılmadı...

İndisə oturmuşam dəli-dəli
səni unutmaq üçün min nəfərə yazıram
kim olduqlarını bilmədən;
sadəcə səni unutmaq üçün.
Və onlar elə xoşbəxt olur ki...

Anam qəfil açır qapımı
miskin halımı görüb
“insan yalnız unutmağa cəhd etmədiyində
unuda bilər, oğlum” -deyir...
ah, Ester, ah
indi mən yəni
səni unutmayım da mı heç...?!
- İlqar Kamil

b9385844825
b9385844825bir izlenim paylaşıldı5 yıl önce

Qeliz kitabdir, oxumaq sebr teleb edir, amma maraqilidir.

Arif Qarayev
Arif Qarayevbir izlenim paylaşıldı7 ay önce
👍Okumaya değer

Alıntılar

Məhəbbət Şirinova
Məhəbbət Şirinovaalıntı yaptı3 yıl önce
Biri gedəndə gedəcək; çünki başqası gəlmək üzrədi.
Həmidə Məcidli
Həmidə Məcidlialıntı yaptı2 yıl önce
Beləcə, hər şeylə mübarizə aparanda eşitdim ki, başqaları azadlıqdan danışır, bu başlıca haqlarını müdafiə elədikcə də ailələrinin istəklərinə daha artıq boyun əyirlər, həyatlarının geridə qalanını birlikdə keçirməyə söz verdikləri adamlarla evliliklərinə, iqtisadiyyata, saxladıqları pəhrizə, yarımçıq qalmış layihələrə, «Yox», ya da «Qurtardı» deməyi heç cür bacarmadıqları sevgililərinə, heç sevmədikləri adamlarla günorta yeməyi yeməyə məcbur olduqları həftə sonlarına əsir olurlar. Lüksə, lüksün görüntüsünə, lüksün görüntüsünün görüntüsünə kölə olanlar. Özlərinin seçmədiyi, ancaq onlar üçün ən yaxşısının bu olduğuna inandırıldıqları həyatın köləsi olanlar. Bir-birilə eyni günlər və gecələr keçirənlər, «macəra» sözünün, sadəcə, kitablarda yazılan söz, ya da daim açıq qalan televizorda xəyal olduğu günlər və gecələr; nə vaxt da qarşılarında yeni qapı açılsa:
«Maraqlanmıram. Kefim yerində deyil», deyənlər.
aygun esgerova
aygun esgerovaalıntı yaptı3 yıl önce
«İranlı bir müdrikin dediyi kimi, Eşq kimsənin qurtarmaq istəmədiyi xəstəlikdi... Bu xəstəliyə yoluxanlar heç vaxt sağalmaq, eşq üzündən əzab çəkənlər də müalicə olunmaq istəmirlər».

Kitap raflarında

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 351
  • 153
Kitab refi, Kemale Heyderova
Kemale Heyderova
Kitab refi
  • 155
  • 18
Klassika, şəms.
şəms.
Klassika
  • 339
  • 10
İnner world, Xalıqova Fidan
Xalıqova Fidan
İnner world
  • 57
  • 7
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)