bookmate game
Ziqmund Freyd

Totem ve Tabu

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    Bu xalqların düşmənlərin ölüləri ilə barış adətləri mövhumatçılıqlarına görə öldürülmüş adamların ruhu qarşısında duyduqları qorxu səbəbindən yaranmışdır; belə bir qorxu bizim yaxın keçmişimiz üçün də xarakterikdir və dramaturgiyada ingilis dramaturqu elə bu duyğuların təsiriylə “Maqbet” və “III Riçard” dramlarında ölülərin qarabasmalarını səhnəyə çıxarmışdır
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    Tabu olduqca qədim çağlarda kənardan primitiv adamların keçmiş nəsilləri üzərinə qoyulmuş bir yasaqdır, yəni keçmiş nəsillərin sonrakı nəsillərə zorla sırıdığı bir yasaqdır
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    Sarmaşma halları nevrozundan əziyyət çəkənləri danışdıranda onların deyə biləcəyi ən anlaşılan söz bundan ibarətdir ki, onlar özləri üçün müəyyən etdikləri yasaqları pozsalar, onda ən yaxın saydıqları adamların başına böyük bir fəlakət gələ bilər. Bu fəlakətin nədən ibarət olacağını bilmirlər və dilə gətirdikləri bu əhəmiyyətsiz etiraflar da çox vaxt günaha batdıqlarını düşündüyü və ya ondan qorunmağa çalışdıqları vaxt dediyi sözlərdən ibarət olur,
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    bir adama – vəhşi adamların bütöv qəbilə ilə və ya qəbilə daxilindəki qruplarla hansısa yasaqlara ciddi əməl etdiyi kimi – bu günümüzdə və bizim aramızda yaşayan elə insanlar məlumdur ki, onlar da özləri üçün belə fərdi tabular müəyyən edir və onlara elə həmin vəhşi adamlar sayağı bütün ciddiliyi ilə əməl edirlər. Psixoanalizlə tanış olan adam belə fərdləri “sarmaşma halları (obsessio)” nevrozu ilə xəstələnmiş adamlar adlandırmağa alışmasaydı, onda hökmən belələrinə “tabu xəstəsi” deyəcəkdi.
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    Vundt tabuları insanlığın ən qədim və yazılmamış qanunvericilik kodeksi adlandırır.
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    ambivalentlik (ikilik, əkslik)
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    (Dementia praecax. Dəliliyin ilk mərhələsi)
  • Senan Huseynovalıntı yaptı2 yıl önce
    tabu elə Kantın dediyi həmin o bütün şüurlu motivləri inkar edən və bezdirici bir şəkildə özünü insanların mənəviyyatına sırımağa çalışan “kateqorik imperativ”dən başqa bir şey deyil.
  • Cənab b'alıntı yaptı4 yıl önce
    Nevrozun irsi olan antisosial təbiəti onun reallıqda ödənil­məyən ilkin istəklərinin onlardan həzz ala bildiyi şirnikləndirici fantaziyalar aləminə keçməsindən yaranır. Nevrotikin qaçmağa çalışdığı real aləmdə insan cəmiyyəti və onun yaratdığı davranış qaydaları hökm sürür; bu reallıqdan çıxmaq eyni zamanda insani cəmiyyətdən çıxmaq deməkdir.
  • Cənab b'alıntı yaptı4 yıl önce
    harada qadağa varsa, deməli, onun arxasında hansısa güclü istək vardır”
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)