bookmate game
az
İsmayıl Şıxlı

Dəli Kür

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
Roman, o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar
ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır.
Əsərin süjet xətti də bu hadisədən sonra cərəyan edir. Cahandar
ağanın bu hərəkətinə görə oğlu Şamxal evi tərk edir, kiçik oğlu Əşrəf
isə atasının israrına baxmayaraq, Qori seminariyasına oxumağa
gedir…
Əsərdə mövhumatçıların at oynatması, maarifçilərin isə bunun
qarşısını almaq cəhdləri və yorulmaz fəaliyyətləri təsvir olunur.
Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin,
realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi
məhz “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır. “Dəli
Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının
həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında
əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla
göstərən bir əsərdir.
Bu kitap şu anda mevcut değil
516 yazdırılmış sayfalar
Telif hakkı sahibi
Qanun Nəşriyyatı
Bunu zaten okudunuz mu? Bunun hakkında ne düşünüyorsunuz?
👍👎

İzlenimler

  • Sevabir izlenim paylaşıldı4 yıl önce
    👍Okumaya değer
    🎯Değer
    🚀Elden Düşmeyen

    ✔📚Sən bilən bizim dərnəyimiz nə üçün tez dağıldı?
    Çünki istinad nöqtəsini tapmadan yer kürəsini özülündən oynatmaq istəyirdik...
    Kipiani qaşlarını dartdı. Təəccüb və maraq dolu baxışlarını müsahibinin üzünə zillədi:
    Nəyi nəzərdə tutursan?
    Şüurların oynamasını.
    Şüurların oynaması müxtəlif cür ola bilər.
    Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
    Bu, mücərrəd oldu.
    Nə üçün?
    Çünki ədalət və vicdan məfhumu nisbidir.
    Bilirəm, sən yenə sinfi təfriqətdən danışacaqsan.
    Bəs necə?
    Mən milləti parçalayıb, qarşı-qarşıya qoymağın özünə şübhə ilə baxıram. Ehtiraslar qızışıb keçəndən sonra baş verə biləcək peşmançılıq məni dəhşətə gətirir.
    Bəs təklifin nədir?
    İnsanların şüurunu oyatmaq, vicdanını hərəkətə gətirmək bizim birinci vəzifəmizdir. Gərək bu sahədə hər kəs öz millətinə kömək eləsin.
    Bəs millətlərin həmrəyliyi?
    Bunlar bir-birinə mane olmur. Zənnimcə, gərək əvvəlcə millətin özünü oyadasan. Əgər bir xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər.

    Cahandar ağa doğruları ve sehvleri ile mükemmel obrazdır.

  • Bobby Marleybir izlenim paylaşıldı8 yıl önce
    👍Okumaya değer
    🔮Gizli Derinlikler
    💡Çok Şey Öğrendim
    🎯Değer
    🌴Plaj Kitabı
    🚀Elden Düşmeyen

    Mənim ixtiyarımda olsaydı, bu əsərə görə İ. Şıxlını "mürəkkəb insan taleyi, mübarizlik və ədalətin qlobal miqyasda qələbəsini göstərə bildiyi üçün" ədəbiyyat üzrə Nobel mükafatına layiq görərdim.

    P.S. Deməyin ki, "kinosuna baxmışam" - kinonun bu əsərə demək olar, heç aidiyyatı yoxdur. Hökmən oxuyun!

  • Sabinabir izlenim paylaşıldı7 yıl önce
    👍Okumaya değer
    💀Noktalı
    🎯Değer

    Ən sevdiyim xarakter olmuşdu Cahandar ağa.

Alıntılar

  • Bobby Marleyalıntı yaptı8 yıl önce
    Rus Əhməd bəzən “Zayej”in eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb, məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı-çovğunlu diyarlardan söhbət açardı.
  • Bobby Marleyalıntı yaptı8 yıl önce
    Fatma söhbətə başladı:
    – Əşrəfi görəniniz varmı?
    – Nə olub ki?
    – Dünən qonaq çağırmışdıq, lap əməlli-başlı oğlan olub.
    – Bığı çıxıbmı?
    – Ona baxmadım.
  • Bobby Marleyalıntı yaptı8 yıl önce
    – Mən Allahın evində siznən kəlmə kəsə bilmərəm. Göydən od yağar.
    – Yağmaz, molla, qorxma.

Kitap raflarında

fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)