Nastya Voşevə baxırdı, ancaq sevinmirdi. Voşev ona toxundu, uşağın açıq qalmış susqun ağzı, yorğun bədəni bu hədiyyələrə laqeyd qaldı. Voşev bu yatmış uşağın başının üstündə çaşqın dayanmışdı, o, artıq bilmirdi, kommunizm yer üzünün harasındadır, əgər uşağın yaşamında və onun sabaha inamında yoxdursa, hardadır?!