bookmate game
az
Osho

Qadınların kitabı

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • aasadzadaalıntı yaptı9 yıl önce
    Qadını dəyişmək istəyirsənsə, onunla hər şeydə ra­zılaş, qadını anlamaq istəyirsənsə, o danışanda diq­qət­lə üzünə bax, ancaq dinləmə...
  • Mustafa Memmedovalıntı yaptı9 yıl önce
    Sevgililər arasında problem yarananda əgər onlar ger­çəkdən də sevirlərsə hər biri öz-özlüyündə düşünür: “Mən nəyisə düz eləmədim”.
    Həqiqətən sevən adam belə düşünür və səbəbi özün­­də axtarır.
    Hər ikisi bu cür düşünüb eyni hissləri yaşayırsa onların sevgisi getdikcə dərinləşəcək və münasibətlərində yük­səliş mütləq olacaq.
  • aasadzadaalıntı yaptı9 yıl önce
    Bir-birinə “mən sənsiz yaşaya bilmərəm” deyirlər. Ger­çəkdən də həmin an bu cür hiss edirlər, yaşadıqlarını dilə gətirirlər, olanı deyirlər. Amma onlar həyatın tə­biə­tini bilmirlər hələ. Bilmirlər ki, zamanla hər şey də­yişir. Bəyəndikləri bu adam, bu qadın getdikcə dəyişir, başqa cür olur, kökdən və formadan düşür. Və ola bilir ki, indi dəlicəsinə sevdiyin, vurulduğun ada­mı illər sonra eyni tutquyla sevmirsən.
    İllər keçir və insanlar başa düşürlər ki, tələyə dü­şüb­lər.
    Onlar artıq bir-biri haqda hər şeyi bilirlər. İndi bil­dikləri əvvəllər sirli, bilinməz bir sahəydi. Artıq öy­rə­niləcək heç nə qalmayıb. Bütün maraq itib. Eyni söz­lər, eyni hərəkətlər itələyici effekt yaradır. Qadın artıq sənə qıcıq olur. Bunu gizləmək üçün sən qapıdan içəri gi­rən kimi yatağa girir, başını sarıyır, harasısa ağrıyır bir­dən-birə.
  • aasadzadaalıntı yaptı9 yıl önce
    Eqo tə­min olunub – məndən yoxdu. Eqon təmin olundusa batdın.
  • aasadzadaalıntı yaptı9 yıl önce
    Qadınlar kişilərdən fərqli olaraq uşaq kimi qalırlar. Qadın içində hələ də uşaqdı, məsumdu və çox şeyi bilmir. Bu bilgisizlik ona gözəllik qatır.
  • Asima Aliyevaalıntı yaptı9 yıl önce
    Seksual baxımdan da kişi qadından zəifdi. O, bir seks zamanı yalnız bir dəfə orqazma çata bilir. Qadın belə deyil. Əgər normal seksual yaxınlıqdısa qadın dəfələrlə orqazm yaşaya bilir. Qadının bircə yeri yox, bütün bədəni seksualdı. Kişidə isə seksuallıq ancaq bir yerlə, bir orqanla bağlıdı.
    Problem ondadı ki, qadın bədəni hazırlıq dönəminə eh­tiyac duyur. Kişinin belə bir sorunu yoxdu, həmən ha­zırdı. Kişi tarix boyu qadını öz ehtirasını soyutmaq üçün maşın kimi istifadə edib. İntim ilişkidən sonra böyrü üstə çevrilib
  • Seva Abbaslıalıntı yaptı8 yıl önce
    Seksuallığın bərpası, ehtirasın ödənməsi yaxşı yuxu gətirir. Kişi rahatlanır, boşalır, gərginliyi keçir. Hər qadınsa bundan kövrəlir, ağlayır. Qadını incidir bu. Özünü istifadə olunmuş hiss edir. Həyatda ən ikrah doğurucu kiminsə səndən maşın kimi, predmet kimi yararlandığını hiss etməkdi. Ey­bəcər hissdi. Qadın bu cür münasibəti kişiyə bağışlamır
  • Lamiya Yusibova Murshudlualıntı yaptı9 yıl önce
    Təbii, səmimi, sevimli olur özünü sevən adam. Özünü olduğu kimi qəbul edən adam özünü olduğu kimi qəbul etdirə də bilir. Özünü sevməyən adam narahat olur həmişə. Öz dünyasını gizlədib özünü olmadığı kimi, başqa cür, qorxa-qorxa təqdim edən adam heç vaxt rahatlıq tapmır.
  • b1291561822alıntı yaptı9 yıl önce
    Adamı olduğu kimi qəbul edə bilmirsənsə, dəyişməyə, kontrol eləməyə çalışırsansa, özündən asılı duruma salırsansa kimi sevirsən bəs?
    Maketi sevirsən? Əgər bu adamın dünyasına girib orda yerdəyişmələr eləmək haqqında düşünürsənsə sən hansı dünyanı sevirsən onda?
  • Nanulya Samedzadealıntı yaptı8 yıl önce
    Dünyada milyonlarla kişi var və bir gün mütləq onların içində səni anlayan və səni olduğun kimi qəbul edən biri tapılacaq.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)