bookmate game
az
Herman Hesse

Narsis və Qoldmund

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    Dünya belə qurulub – kədər də, ağrı da, ümidsizlik də elə sevincin özü kimi keçicidir; hər şey ötüb-keçir, solğunlaşır, dərinliyini və dəyərini itirir və sonunda elə bir an gəlir ki, insan nə vaxtsa ona ağrı vermiş olayı belə xatırlamaq iqtidarında olmur. Hə, ağrının özü də zamanla solur.
  • Elmin Seyfəddinlialıntı yaptı8 yıl önce
    insanda onu başqalarından fərqləndirən cəhətləri tapmaq onu tanımaq anlamına gəlir.
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    Narsis, bəs sən necə ölməyi düşünürsən? Axı sənin anan yoxdur... Anasız sevmək mümkün deyil. Anasız ölmək mümkün deyil.
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    Yer üzündəki mövcudluq, görünür, ikilidir, təzadlar üzərində qurulub: ya kişisən, ya qadın, ya avarasan, ya qorxaq şəhərli, ya ağılla yaşayırsan, ya hisslərlə – yer üzündə vəhdət yoxdur, eyni zamanda nəfəs alıb, nəfəs vermirsən, kişi və qadın cinsinə aid olmursan. Azadlıqla intizamı, ruhla instinkti bir arada tutmaq mümkün deyil. Həmişə biri digərinin itkisi bahasına başa gəlir, amma həmişə də biri digəri qədər mühüm və arzuolunandır! Yəqin, qadınlara daha asan olar. Təbiət onları elə yaradıb ki, həzz özlüyündə məhsul verir və sevgi səadətindən uşaq dünyaya gəlir. Kişilərin nəsibisə nəsil vermə qabiliyyəti əvəzinə əbədi darıxma hissidir. Bəlkə, bütün bunları yaradan Tanrı pis niyyətlidir və öz yaratdıqlarını heç özü qəbul etmir, əksinə, onları ələ salır və fəlakətlərinə sevinir? Yox, o, pis ola bilməz – cüyürləri və maralları, balıqları və quşları, meşələri və gülləri, qışı və baharı yaradan qüvvə pis ola bilməz. Amma yaradılan hər şey sanki çat verib. Bəlkə, o, gerçəkdən də, nöqsanlı və uğursuz alınıb, bəlkə, elə insan mövcudluğunun sıxıntısı Allahın hansısa əlahiddə planıdır, bəlkə, elə bu, Düşmənin toxumu, ilkin günahın özüdür? Amma niyə bu sıxıntı və məmnuniyyətsizlik günahdır? Məgər bütün gözəl və müqəddəs olan şeylər məhz bu hissdən yaranıb, minnətdarlıq kimi elə Tanrının özünə qurban verilmirmi?
  • Elmin Seyfəddinlialıntı yaptı8 yıl önce
    Azadlıqla intizamı, ruhla instinkti bir arada tutmaq mümkün deyil. Həmişə biri digərinin itkisi bahasına başa gəlir, amma həmişə də biri digəri qədər mühüm və arzuolunandır!
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    Aman Allah, boşuna xərclənmiş və puç olmuş, əlində parlaq mənzərələrlə dolu, amma çilik-çilik olmuş, çoxlu sayda qırıntılara parçalanmış həyatına boylanmaq necə də dəhşətli idi. Həyatında nə qədər — az anlam, nə qədər az sevgi var idi!
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    bəzən inam aldada da bilir, heyif ki, bu gerçəkdən də əmin olmağa macal tapmışam.
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    Dalan-dalan gəzdikcə, hər evi tanıdıqca qəhər onu boğurdu. Bəlkə, oturaq həyat yaşamaq, bu qəşəng, etibarlı evlərin sakinlərindən birinə çevrilmək, dinc şəhər həyatı sürmək, kiçicik hücrədə və emalatxanada, arvad-uşağın əhatəsində hüzurlu vətən, doğma ocaq hissini duymaq – bəlkə, həsəd duyulacaq nəsib elə bu idi?
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    İlahi!.. Bir gör nə haldayam. Dünyadan iyrənc, dəyərsiz birisi kimi qayıdıram, cavanlığımı divanə avara kimi xərclədim, indi məndən çox şey qalmayıb. Qətl törətmişəm, oğurluq etmişəm, avaralanmışam, tüfeyli həyatı keçirmişəm, başqalarının çörəyini yemişəm. İlahi, niyə bizi belə yaratmısan, niyə bizi bu yollarla aparırsan? Məgər biz Sənin övladların deyilik? Məgər bizim əvəzimizə ölümü qəbul edən Sənin Oğlun deyil? Olmaya, bizə yol göstərən mələk, ya müqəddəs heç yoxdur? Yoxsa bu, uşaq başı aldadan nağıllardan, əslində, keşişlərin özlərinin masqaraya qoyduğu uydurmadan savayı bir şey deyil? Tanrı-Ata, sənin ucbatından artıq mənim ağlım azıb; Sənin yaratdığın dünya çox pisdir, sən heç onun düzəninin qayğısına qalmırsan. Mən meyitlərlə dolu evlər və dalanlar görmüşəm, mən varlıların ya evlərində gizləndiklərini, ya da qaçmaqla canlarını qurtardıqlarını, kasıblarınsa öz bacı-qardaşlarını torpağa basdırmadan bir kənara tullayıb getdiklərini, bir-birindən şübhələndiklərini, yəhudiləri it kimi gəbərtdiklərini görmüşəm. O qədər günahsız qurban və şad-xürrəm cani görmüşəm ki. Olmaya, bizi tamam unutmusan, olmaya, yaratdıqların zəhləni töküb?
  • Elmin Seyfəddinlialıntı yaptı8 yıl önce
    Lena, əzizim, yüzlərlə müdrik və müqəddəs bu sual üzərində baş sındırıb. Uzunmüddətli xoşbəxtlik yoxdur! Əgər indi əldə etdiklərin səni qane etmirsə və həyata artıq sevinmirsənsə, elə indicə daxmamıza od vurmağa hazıram. Onda hər kəs öz yoluyla gedər.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)