bookmate game
Qurban Səid

Altunsaç

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin (bu, Məhəmməd Əsəd Bəyin ikinci təxəllüsüdür) «Altunsaç» romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır. Əsər Azərbaycan dilində ilk dəfə çap olunur.
Bu kitap şu anda mevcut değil
311 yazdırılmış sayfalar
Bunu zaten okudunuz mu? Bunun hakkında ne düşünüyorsunuz?
👍👎

İzlenimler

  • RaNa Quliyevabir izlenim paylaşıldı4 yıl önce
    👍Okumaya değer

    -Bura bax, qəfildən heç vaxt qayıtmasam, neyləyərsən?- Asiadeh gözlənilmədən qapının arasında ayaq saxlayıb ehtiyatla dilləndi.
    -Daha heç vaxt gülümsəyə bilmərəm,- Hasa narahat tərzdə cavab verdi.

  • Əsli Musayevabir izlenim paylaşıldı6 yıl önce
    💡Çok Şey Öğrendim

    Azərbaycan dilində mövcud olan amma işlədilməyən bir çox sözləri öyrəndim. Ancaq ən çox da bir Asiyalı olaraq öz mədəniyyətimizin və əxlaqımızın daha dəyərli və üstün olduğuna əmin oldum.

  • b7997802911bir izlenim paylaşıldı7 yıl önce
    🔮Gizli Derinlikler

    bir sözlə möhtəşəm əsərdir

Alıntılar

  • Vusala Mammadovaalıntı yaptı8 yıl önce
    Dərgi variantında əsərin baş qəhrəmanının adı Asiadeh getmişdir (bundan sonra isə Asiyadeh). Müəllifin bu adı seçməsinin səbəbi indiyə qədər heç bir qaynaqda göstərilməmişdir və bizə elə gəlir ki, Qurban Səid onu heç də təsadüfi seçməmişdir, əksinə, baş qəhrəmana Asiyadeh adını qoymaqla dilçilikdə, eləcə də ədəbiyyatşünaslıqda geniş yayılmış «danışan ad» ədəbi «fəndindən» bacarıqla yarınmışdır.
    Bəllidir ki, bədii əsərlərdə bəzən adlar danışır, yəni ad müəyyən məna daşıyır və o, obrazın xarakteri barədə oxucuya ilkin işarə verir. Bu cür danışan adlara biz Azərbaycan ədəbiyyatında bir qayda olaraq satirik əsərlərdə və komediyalarda (Bərbərzadə, Maral, Zülümov) rast gəliriksə, Avropa ədəbiyyatında, o cümlədən alman dilli ədəbiyyatda belə fəndə ciddi romanlarda da tez-tez təsadüf olunur. Məsələn, Hans Falladanın «Təklər təklənər ölər» romanında çuğul obrazının adı Klebs («Tutqal, Yapışqan»), xeyirxahlıq timsalı olan qəhrəmanın adı Fromdur («Mömin, Saleh»).
    Məhz Qurban Səid də əsərinin baş qəhrəmanına Asiyadeh adı verərkən müəyyən məqsəd güdmüşdür. O, Azərbaycan dilinin sözdüzəltmə modelindən məharətlə yarınaraq «Asiya» xüsusi ismindən və «deh» şəkilçisindən «cavabdeh» sözünün qəlibi ilə yeni bir xüsusi isim yaratmışdır: Asiyadeh, yəni Asiyanın təmsilçisi, Asiyanın daşıyıcısı. Zira alman dilində «Asiya» qitəsinin adı „Asien“ (deyimi: Azien), «asiyalı» məfhumunu bildirən söz isə „Asiafdır” (deyimi: aziat).
    Baş qəhrəmana müəllifin Asiyadeh adını verməsini biz təsadüfi saymırıq ona görə ki, Asiyadeh bütün əsər boyu Asiyanın təmsilçisi, daşayıcısı kimi çıxış edir, bu mədəniyyətin, bu mentalitetin uğurları ilə öyünür, uğursuzluqlarına məyus olur, göz yaşı axıdır.
  • Vusala Mammadovaalıntı yaptı8 yıl önce
    Cəsarət gəncliyin üstünlüyüdür
  • Vusala Mammadovaalıntı yaptı8 yıl önce
    «Doğuya xas olan şeylərdə Yaradan üstündür, Batıya xas olanlarda isə yaradılan. Sənətçinin çabası hər bir olayda Yaradanı aramağa yönəlməlidir».

Kitap raflarında

fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)