bookmate game
Ştefan Svayq

Novellalar və tarixi miniatürlər

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Nəhayət, səbirsiz ovçuya elə gəldi ki, şikarının üzərinə atılmaq vaxtı çatıb. Bu işdə bir ailə kimi yaxınlıq, həmişə üçlükdə olmaq xoşuna gəlmirdi. Əlbəttə, üçlükdə mırt vurmaq çox yaxşı alınırdı, ancaq onun məqsədi mırt vurmaq deyildi. Bilirdi ki, başqalarının yanında maskalanıb oyun oynamaq kişi ilə qadın arasındakı intim münasibətlərin yaranmasına mane olur, sözlərin od-alovunu söndürür, hücumun kəskinliyini azaldır.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Bu qadını ələ gətirmək üçün çəkdiyi əziyyətlərin boşa çıxmayacağını göstərən bir çox ehtimallar vardı. Şikarı elə bir qorxulu yaş həddinə çatmışdı ki, həmin dövrdə qadın heç vaxt sevmədiyi ərinə sadiq qaldığına peşman olur, gözəlliyi qürub edən günəş kimi şəfəq saçır, analıq qüruru ilə qaranlıq hissi arasında seçim qarşısında qalır. Çoxdan cavabı tapılmış həyatı həmin anda yenə də suala çəkilir: ya ehtiras dolu bir həyat yaşamaq ümidinin son həzin, sehrli çağırışına qulaq asmalı, ya da ondan birdəfəlik üz döndərməlidir! Belə anda qadın təhlükəli bir qərar qarşısında qalır: öz taleyini yaşasın, yoxsa bu taleni uşaqlarına qurban versin?! Qadın olsun, yoxsa ana?!
  • Mir Alialıntı yaptı6 yıl önce
    adam cavan olanda, elə bilir xəstəlik də, ölüm də başqaları üçündür.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Qəhrəmancasına ölümdən mənəvi həyat doğulur, fəlakətdən isə sonsuzluğa ucalmaq istəyi yaranır. Çünki asan əldə olunan ­təsadüfi uğurla yalnız şöhrət qazanmaq olar, ancaq heç nə insanın öz amansız taleyi ilə ölüm-dirim mübarizəsindəki acınacaqlı məğlubiyyəti qədər ürəkləri yerindən oynada bilməz. Bu, bütün dövrlərin böyük faciəsidir. Belə faciələri şairlər hərdən, həyat özü isə yüz dəfə, min dəfə yaradır...
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Bədənlərinin onurğa sümüyü olan Cənub və Şimal qütblərində, demək olar ki, ins-cins yaşamır, yer üzünün bəhərsiz nöqtələridir və min illərdən bəri öz oxları ətrafında fırlanır, torpaqlarını təmiz, xam saxlayır. Buz külçələri onların son sirlərini heç kəsə verməyib və acgözlərdən qorumaq üçün əbədi qışı onlara keşikçi qoyub. Soyuq və tufan onların qapılarını dövrəyə alıb və ən cəsur insanları da ölüm təhlükəsilə hədələyirlər. Hamı üçün, hər şey üçün bağlı olan bu əraziyə insanlar deyil, yalnız günəş hərdən gizlicə baxa bilər.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    elə bilirdi, baron arxasınca düşəcək, onu tutmağa çalışacaq, ancaq eyni zamanda, elə onun əlindən qopan anda hiss etdi ki, baron bunu eləmədi və... təəssüfləndi... Bəlkə də həmin anda illər uzunu qeyri-ixtiyari həsrətində olduğu hadisə – o ehtiras dolu məhəbbət macərası baş verə bilərdi. O hadisə ki, həmişə son anda adi bir sərgüzəşt, ötəri bir əyləncə deyil, çox qorxulu, təhlükəli olduğunu hiss edərək ondan uzaq qaçmışdı. Ancaq baron məğrur adam idi, yaranmış vəziyyətdən sui-istifadə etməzdi. Qələbəsinə əmin idi, ona görə də alçaqlıq eləyib belə zəiflədiyi, şərabdan məst olduğu zamanda qadına yaxınlaşmazdı, əksinə, mahir oyunçular kimi mübarizə aparmaq həvəsində idi: qoy qadın öz istəyilə gəlib onun olsun! Onun titim-titim titrədiyini hiss etmişdi və bu o demək idi ki, verdiyi zəhər artıq qanına işləyib.
  • M.S.alıntı yaptı3 yıl önce
    Üslubu aydın və konkretdir, faktlara əsaslanır, raport kimi rəsmidir. Tatsit latınca necə yazıbsa, o da ingiliscə elə yazır: sanki kələ-kötür daşın üstünə həkk eləyir. Hiss olunur ki, xəyalpərvər deyil, əksinə, fanatikcəsinə realistdir, deməli, əsl ingilis irqinə mənsubdur. Elə bir irqə ki, hətta onun dahiləri də vəzifə borcunun daşlaşmış çərçivəsindən kənara çıxmır. İngilislərin tarixində yüzlərlə belə Skott olub: biri Hindistanı, Arxipelaqın naməlum adalarını işğal edib, biri Afrikanı müstəmləkə halına ­salıb, bütün dünya ilə döyüşüb və həmişə də eyni yüksək enerjilə, eyni kollektiv şüurla mübarizə aparıblar, sifətləri də həmişə donuq, ifadəsiz olub.
  • M.S.alıntı yaptı3 yıl önce
    Bütün millətlərin, irqlərin həsrətində olduqları müqəddəs yerlərə səlib yürüşləri başlanır.
  • M.S.alıntı yaptı4 yıl önce
    Kölgə ilə işığın bir-birilə gizlənqaç oynaması qadının öz hisslərilə oynaması, onları gah bütün çılpaqlığı ilə göstərməsi, gah da gizlətməsi kimi sirli-soraqlı, cazibədar idi.
  • Mir Alialıntı yaptı6 yıl önce
    söhbət başqasından gedəndə adam daha ağıllı, daha işgüzar
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)