Aqata Kristi

Erkülün qoçaqlıqları

Erkülün qoçaqlıqları Aqata Kristinin 1947-ci ildə
yazdığı və Erkül Puaronun qoçaqlıqlarına həsr edilmiş
novellalar məcmusudur. Novellalardan hər birinin
süjeti Heraklın qoçaqlıqları haqqında miflərdən
birinə paralel surətdə qurulmuşdur. Balacaboylu,
eşmə bığlı belçikalı xəfiyyə xarici görünüşcə əfsanəvi
nəhəngə — Herakla bənzəməsə də onun qədər çətinliklərin
öhdəsindən gəlməyə nail olur.
278 yazdırılmış sayfalar
Telif hakkı sahibi
Qanun Nəşriyyatı

İzlenimler

    Gulnar Muradovabir izlenim paylaşıldı2 yıl önce
    👍Okumaya değer

    Bir sozle mohtewem😍

    ELON MUSKbir izlenim paylaşıldı2 yıl önce
    👎Pek tutmadım

    .

    Nigar Talıbovabir izlenim paylaşıldı2 yıl önce
    👍Okumaya değer

Alıntılar

    Mk Babayevaalıntı yaptı9 ay önce
    Kaş ağıl və bacarıqlılıq dillərə də yapışdırılaydı, insanlar hər zaman dillərindən ağılla faydalanmırlar.
    Rəsul Yaqubov Rəsul Yaqubovalıntı yaptı2 yıl önce
    general, öd axmasından əziyyət çəkən komik personaj istefaya çıxandan sonra peşə yoldaşlarının, özü kimi istefaya çıxmış hərbçilərin arasında qərar tutmur və bu məkanı seçir. Burada Londondan gəlmiş varlı adamlar yaşayır, əla satış bazarları var. Bundan başqa, dörd gözəl, cavan qızdan kim şübhələnə bilərdi ki? Nə isə aşkar olsa belə, onları, olsa-olsa, günahsız qurban hesab edəcəklər, buna şəkk-şübhə etməyin!

    – Bəs bu qoca kaftarın yanına niyə getmişdiniz? Qorxutmaq istəyirdiniz?

    – Yox, nə baş verəcəyini bilmək istəyirdim. Çox gözləməli olmadım. Qızlara dəqiq tapşırıqlar verilmişdi. Qapazaltı roluna, əslində, qurbanlardan biri olan Entoni Hoker təyin edilmişdi. Şila mənə suqabı barədə məlumat verməli idi, ancaq o heç vəchlə özünü buna məcbur edə bilmirdi. Bununla belə, o biri qız ona təzyiq göstərəndə Şila ona lazım olan sözü dedi.

    Maykl Stoddart ayağa qalxıb otaqda var-gəl etməyə başladı.

    – Bilirsiniz, – o dedi, – bu qızı yaddan çıxarmamağı qərara almışam. Keçid dövründə cinayətə meyilliliyə aid bir nəzəriyyə üzərində işləyirəm. Belə yeniyetmələrin ailələri, demək olar, çox vaxt xoşbəxt olmurlar.

    – Əzizim, – Puaro onun sözünü yarıda kəsdi, – sizin elmi fəaliyyətinizə dərin hörmət bəsləyirəm. Həmçinin Şila ilə əlaqədar hadisədə sizin nəzəriyyələrinizin tamamilə təsdiq ediləcəyinə də şübhəm yoxdur.

    – Bəs başqa oxşar hallarda necə?

    – Niyə də yox? Amma körpə Şila barədə tamamilə əminəm. Siz onu ram edəcəksiniz, buna şübhə ola bilməz! Bu qız onsuz da sizin ovcunuzdadır...

    – Nə cəfəngiyyatdır danışırsınız, Puaro? – Maykl Stoddart qızarıb lalə rəngi aldı
    Zaur MMalıntı yaptı2 yıl önce
    – Madam, sizi harada tapa bilərəm?

    Haradansa dərinlikdən zəif eşidilən bir səs gəldi. Nə qədər gözlənilməz olsa da həmin an bu səs ona sanki yerinə düşmüş kimi göründü:

    – Cəhənnəmdə...

Kitap raflarında

fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)