az
Fərəh Pəhləvi

Xatirələr

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Eyni şəkildə minlərlə qadın edam edildi, aralarından bakirə olanlara edamdan əvvəl təcavüz olundu, çünki dini mətnlər bakirələrin həqiqətən cənnətə gedəcəyini yazır. (Əlavə: Şahlıq rejimi dövründə İrandakı vəziyyət).
  • Rəşad Babazadəalıntı yaptı4 yıl önce
    “Sənə bir həyat bağışlanıb; sən başqalarının canını almağı necə fikirləşə bilərsən?”

    “Bir buğda dənəsini sürütləyən qarışqanı belə, in­cit­mə, çünki onun da həyatı var; qarışqa üçün belə həyat çox dəyərlidi”.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    III. Ailə sahəsində görülənlər
    A) Ailəni mühafizə qanunu qadınların kişilərlə eyni əsaslarda və eyni şərtlərdə boşanma tələb eləmək hüqu­qunu tanıdı; bu qanun uşaqların taleyi və aliment məsələlərindəki qərarları ailə ixtisas məhkəmələrinə tapşırdı; ata vəfat elədiyi zaman ananı qanuni olaraq, varis kimi qəbul elədi; çoxarvad­lılığı məhdudlaşdırıb, birinci arvadın uşaq doğmadığı və ya ağır xəstə olduğu vaxt, ancaq onun icazəsiylə kişinin ikinci arvad ala biləcəyini qanunla təsbit elədi. Tam bərabərlik olmasa da, həmin qanun bu gün hələ digər müsəlman ölkələrindəki qanunlardan mütərəqqidi.
    V) Qanunla ərin icazəsi olarsa, hamiləliyin sona çat­dı­rıl­masına icazə verildi. Ərdə olmayan qadınlar da hamiləlik­lə­rinin səkkizinci həftəsindən əvvəl bunu tələb eləyə bilərdilər.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Bəzi axşamlar Nilə və uzaqlarda görünən ehramlara baxırdım və düşüncələrə dalırdım: “Hökmdarlar, valilər, gene­rallar burda olanda, bu küçəni, bu gözəl işığı, bu çayı gör­dülər, yaşadılar: ölməmişdən qabaq xəyanəti də gördülər. İndi burda olmaq növbəsi bizimdi, biz də vaxtımız çatanda, yox olub gedəcəyik, amma Nil hələ min illərlə axmaqda davam elə­yəcək”
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Polis həbslərdə çox vaxt həddini aşırdı. İnkişaf elə­məkdə olan əksər ölkələrdə vəziyyət belədi, hamı əlindəki gücü istismar eləməyə çalışır.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Ərim uşaqlığında İranın xarici qüvvələrin iqtisadi və siyasi təzyiqi altında qaldığının şahidi olmuşdu. Bu qüvvələrin başında ölkəmizdə istədiyi kimi at oynadıb, neftimizi istismar eləyən İngiltərə gəlirdi.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Xalqın sakitləşməsinin lazım gəldiyini, ruhani sinfinin yavaş-yavaş islahatlara alışacağını, indilik Xomeyninin sadəcə olaraq, sürgünə göndərilməsinin kifayət eləyəcəyini söyləyirdi. Şah razı oldu. “Xatirələr”ində: “Xo­mey­ni məhkum edilmək bir tərəfə, mühakimə belə edilmədi. Ondan yalnız ölkəni atəşə verən bəlağətini gedib başqa yerdə göstərməsi tələb olundu”, – deyə yazıb.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    Rzanın doğulması bizi bir-birimizə bağladı. Bu uşaq nə böyük xoşbəxtliyiydi! Qızım olsaydı da, eyni sevinc dolu göz yaşlarını tökəcəkdim, amma oğlumuz ərimin xoşbəxtliyinə ayrı bir könül rahatlığı da əlavə eləmişdi. Aramızdakı sevgi də yeni ahəng qazanmışdı, narahat intizar sona çatmışdı, gələcəyə daha inamla baxa bilərdik.
  • ahmedoffelvin99361alıntı yaptı8 yıl önce
    “Ərə gedəcəksən?”
    “Hə!”.
    “Çox gözəl xəbərdi bu! Kiminlə? Onu tanıyırammı? Di, tez ol, adını de!”.
    “Söyləməyəcəyəm, deyirəm, Gələrsən, öyrənərsən. Danışa- danışa beş dəqiqəni də itirdin”.
    “Gözləməyə səbrim yoxdu...” - deyib bütün qohumla­rımın adlarını saymağa başladı.
    “Rzadımı? Rzayla evlənəcəyindən mərc gəlirəm”.
    “Dəlisən sən, Rza mənim qardaşım kimidi”.
    “Kamrandımı?”.
    “Ağlına gələnə bir bax!”
    “Pərvizdimi? Yoxsa Yəhyadımı?”
    “Xeyr, nə Pərvizdi, nə Yəhyadı”.
    Axırda özü bildiyi bütün adları sadalayandan sonra ürəkdən gələn qəhqəhəylə gülə-gülə:
    “Onda Şahdan başqa heç kəs qalmır”, – dedi.
    “Hə, odu!”
    Telefonun dəstəyi əlindən düşmüş, elə bil, uzun müd­dət dili tutulmuşdu
  • b2815602124alıntı yaptı3 yıl önce
    İşıq qaranlığı yenəcək
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)