O hələ qoca deyil. Götürdüyü uşaqları tərbiyələndirməlidir. Bir az keçəcək, onlar dirçələcək və onun yanından gedəcəklər. Bəs sonra? Bir-birinə oxşayan intəhasız günlər. Bəs sonra?..
Lemanalıntı yaptı9 yıl önce
O yalnız bir şeyi – indicə gözdən itəcək uzun qutunu görürdü. O yalnız bir şeyi hiss edirdi – tezliklə qatar hərəkət edəcək və hər şey qurtaracaqdır
Fexri Hacizadealıntı yaptı4 yıl önce
Bizim hamımızın dərdi var, kiminin az, kiminin çox, həm də bunları birtəhər həll etmək, dözmək lazımdır. Bəzi adamların başqalarından daha xoşbəxt olduğunu zənn etmək düz deyildir. Dərd-qüssə hamıya çatır
b9431362569alıntı yaptı8 yıl önce
«Heç bir vaxt yalan demə. Heç bir zaman faktları öz gördüyün kimi deyil, başqa bir şəkildə təsəvvür etməyə çalışma. Doğruluq həyatın nəfəsidir, hər cür ləyaqətin əsasıdır. Kim buna möhkeəm riayət edirsə, bu, işgüzarlıq aləmində ona yaxşı ad qazandırar».
Xumaralıntı yaptı8 yıl önce
Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı «başqaları nə deyərlər»dir. Onun yeganə ölçüsü – özünü mühafizə hissidir.
Xumaralıntı yaptı8 yıl önce
müvəffəqiyyət qazanmaq istəyirsənsə, fürsəti əldən vermə. Bunun üçün isə bu dünyada, xarici görünüş və zahiri bəzək hər şeydən üstün olan bu dünyada, görkəmli yer tutanlara yaxınlaşmaq, yaxud heç olmazsa, özünü onlara yaxın göstərmək lazımdır.
Lemanalıntı yaptı9 yıl önce
İndi nə olacaq? O hələ qoca deyil. Götürdüyü uşaqları tərbiyələndirməlidir. Bir az keçəcək, onlar dirçələcək və onun yanından gedəcəklər. Bəs sonra? Bir-birinə oxşayan intəhasız günlər. Bəs sonra?..