bookmate game
az
Umberto Eco

Sifir Sayi

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Vusala Mammadovaalıntı yaptı5 yıl önce
    Əgər çox şey tələb etməsən, həyata dözmək olar.
  • Vusala Mammadovaalıntı yaptı5 yıl önce
    Umberto Eko “Sıfır sayı” əsərində İtaliyanın son illərdəki tarixini gözdən keçirir. Bu əsərdə oxucular “Gladio” adlı gizli təşkilatdan, Roma papasının qətlə yetirilməsindən, hökumət çevrilişlərindən, terror təşkilatlarıyla xüsusi xidmət orqanları arasındakı müəmmalı əlaqələrdən xəbərdar olacaqlar. Umberto Eko bu əsərdə İtaliyanı idarə etmiş faşist hakimiyyətini dərindən araşdırır və mövzunu Mussolininin üzərində qurur.

    Yazıçı 1992-ci il İtaliyası ilə Mussolini İtaliyası arasında müqayisələr aparmaqla yanaşı, pis jurnalistliyin insanları necə bir fəlakətə sürükləyə biləcəyini də incə detallarla oxucuya izah edir. “Sıfır sayı” əsəri bir çox dolaşıq və müəmmalı hadisələri bir yerə toplayaraq İtaliyanın son əlliillik tarixi haqqında oxucuda fikir yaradır.

    Bu gün vicdanlı jurnalistliyin əhəmiyyətini dərk etmək istə­yənlər, xalqın xəbərləri olduğu kimi deyil, müəyyən adamların istədiyi kimi almasının bir ölkənin taleyini necə dəyişdirdiyini görmək istəyənlər Umberto Ekonun “Sıfır sayı” əsərini mütləq oxumalıdırlar.
  • Kamil Kamillialıntı yaptı4 yıl önce
    Fikir versəniz, televiziyalar da belə edir, gedib övladını torpağa vermiş ananın qapısını döyürlər və qadına: “Uşağınızın öldüyünü eşitdikdə nə hiss etdiniz?” – deyə sual verirlər. Tamaşaçının gözü yaşarır və hər kəs məmnun qalır. Alman dilində yaxşı bir söz var: Schadenfreude – başqalarının kədərinə sevinmək.
  • Vusala Mammadovaalıntı yaptı5 yıl önce
    Günorta vaxtı bir sandviç yemək üçün kafeyə gedərkən ona dedim:

    – İstəyirsən, hər şeyin üstündən xətt çəkib, bu məsələni lazımi orqanlara xəbər verək və Simei ilə komandasını rüsvay edək?

    – Kimlərin yanına gedəcəksən? – Maya məndən soruşdu. – Birincisi, mənə görə özünü məhv etmə, ikincisi, yavaş-yavaş anladığıma görə, bütün qəzetlər eyni resept üzrə hazırlanırsa, kimdən kimə şikayət edəcəksən? Yeri gəldikdə onlar bir-birini müdafiə edirlər.

    – Sən də Braggadocio kimi hər yerdə məkrli planlar axtarma. Belə danışdığım üçün məni bağışla, çünki... – cümləmi necə bitirəcəyimi bilmirdim, – çünki səni sevirəm.

    – Bunu mənə ilk dəfə dediyini bilirsənmi?

    – Axmaqlıqdır, onsuz da eyni fikirdə deyilikmi?

    Amma bu həqiqət idi. Otuz ildən çox idi ki, heç kəsə belə sözlər deməmişdim. May ayı idi və mən otuz ildən sonra baharın gəlişini sümüklərimdə hiss edirdim.
  • Vusala Mammadovaalıntı yaptı5 yıl önce
    Qəzetin 0/1 sayında hansı xəbərləri yerləşdirəcəyimizi düşünməyə davam edərkən, Simei hər kəsin işinə görə bəzi mühüm prinsiplər haqqında yeri gəldikcə geniş məlumatlar verirdi.

    – Kolonna, demokratik mətbuatın əsas prinsipinə necə əməl edildiyini, ya da əməl edilirmiş kimi göstərildiyini həmkarlarınıza izah edin: faktlar rəylərdən ayrı tutulmalıdır. “Sabah” qəzetində rəylərə kifayət qədər yer veriləcək və bunların rəy olduğu xüsusilə vurğulanacaq. Amma əsas məqalələrin sadəcə faktlardan ibarət olduğunu necə sübut edəcəyik?

    – Çox sadə, – dedim. – Böyük anqlosakson qəzetlərinə baxın. Məsələn, bir yanğın ya da avtomobil qəzasından bəhs edirlərsə, özlərinin nə düşündüklərini açıq şəkildə söyləməzlər. Bunun üçün bir şahidin, yoldan keçən adamın, ictimaiyyəti təmsil edən birinin fikirlərini dırnaq içində xəbərə daxil edərlər. Dırnaq içində verildikdə o sözlər faktlara çevrilir, bu bir şəxsin öz fikrini bildirməsi faktıdır. Lakin elə görünə bilər ki, jurnalist sadəcə özü kimi düşünən şəxslərin fikirlərinə yer verir. Buna görə də, baş vermiş hadisəyə fərqli baxışlar olduğunu göstərmək üçün bir-birinə zidd olan iki ayrı fikrə yer verilir. Beləcə, qəzet faktın özünə şübhə yeri qoymur. Hiyləgərlik ondadır ki, əvvəlcə əsassız bir fikir, sonra daha məntiqli və jurnalistin mövqeyinə yaxın ikinci fikir dırnaq içinə alınmaqla verilir. Belə olduqda, oxucu iki fərqli nöqteyi-nəzərdən də xəbərdar olduğunu düşünür, amma əslində daha inandırıcı olanı qəbul etməyə yönəldilir. Nümunə verim. Tutaq ki, bir viaduk21 çöküb, yük maşını aşıb və sürücü də həlak olub. Mətn hadisəni ətraflı şəkildə təsvir etdikdən sonra belə deyəcək: bizimlə tindəki qəzet köşkünün sahibi, 42 yaşlı cənab Rossi söhbət etdi. “Nə deyə bilərəm, alın yazısıdır, – o dedi. – Bu zavallı adam üçün çox məyus oldum, amma nə etmək olar, taledir”. Bundan dərhal sonra yaxınlıqdakı inşaat meydançasında işləyən 34 yaşlı cənab Biankiyə söz verilir və o da belə deyir: “Günah, əlbəttə, bələdiyyənindir, bu viadukun nasaz olduğu çoxdan məlum idi”. Sizcə, oxucu özünü kiminlə eyni tutmaq istəyər? Kiməsə yaxud nəyəsə hirslənərək məsuliyyətə işarə edənlə, düzdür? Aydın oldu. Nəticə nəyi dırnaq içinə almağınızdan asılıdır.
  • b5856172568alıntı yaptı3 yıl önce
    Kitablar həmişəki kimi səliqəsiz halda öz yerindədir. Bütün dünyanın gizli xidmətləri burada tər töksəydi, kitablarımı əvvəldən axıra vərəqləmiş olsaydı, yenə bunu hiss etməzdim.
  • b5856172568alıntı yaptı3 yıl önce
    Qeyri-mümkün ümidlərlə yaşayan insan – artıq məğlub bir insandır.
  • Kamil Kamillialıntı yaptı4 yıl önce
    Əgər çox şey tələb etməsən, həyata dözmək olar.
  • Kamil Kamillialıntı yaptı4 yıl önce
    BBC-dən eşitdiyimiz hər şeyi əvvəlcə qəbul etməyi, sonra unutmağı bacardıqsa, deməli, xəcalət hissini itirməyə öyrəşirik. Bu axşamkı verilişdə müsahibə verən hər kəsin bu və ya digər əməlini necə sakitcə danışdığını gördün; üstəlik, hamısı sanki mükafat alacaqlarını gözləyirdilər. Barokko dövrünün işıq və kölgəsi artıq yoxdur, kontr-islahatlar dövrü arxada qalıb, alış-verişlər en plein air39 baş verir; sanki hər şeyi impressionist rəssamlar çəkir: korrupsiyaya icazə verilir, mafiya nümayəndəsi parlament üzvü seçilir, qaçaqmalçılar hökumətdə vəzifə tutur, həbsxanalarda isə sadəcə albaniyalı toyuq oğruları yatır. Namuslu insanlar BBC-yə inanmadıqları üçün və bu axşamkı kimi proqramlara deyil, zir-zibilə baxdıqları üçün, əclaflara səs verməyə davam edəcəklər. Mühüm bir şəxs öldürüldükdə, dövlət dəfn mərasimi təşkil etdikdə, əksər insanın televiziyaya baxdığı bir saatda Vimerkatenin tele alış-veriş kanalları verilişə başlayacaq.
  • Kamil Kamillialıntı yaptı4 yıl önce
    Əgər daim məğlub olduğunu bilirsənsə, yeganə təsəllin bu olur ki, ətrafdakı hər kəsin, hətta qaliblərin də məğlub olduğunu düşünürsən.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)