bookmate game
az
Tarik Tufan

Bir adam girdi şəhərə qaçaraq

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Bahlul Valiyevalıntı yaptı7 yıl önce
    Sən addımını atdığın andan etibarən Hira dincliyinə çevriləcək ortalıq.

    Tanrı bizimlə də danışar bəlkə.

    “Şəhərin ən uzaq nöqtəsindən bir adam qaçaraq gəldi və “Ey xalqım! – dedi, – Elçilərə tabe olun! Sizdən heç bir qarşılıq gözləməyən və özləri doğru yolda olan bu kəslərə tabe olun!”

    “Yasin” surəsi, 20-21
  • Xuraman Memmedovaalıntı yaptı7 yıl önce
    Yeni il dediyiniz, uzun və incə bir dabanla getmə səyindən başqa bir şey deyil deyirəm.
  • Xuraman Memmedovaalıntı yaptı7 yıl önce
    İnsan zəkasıyla deyil, ürəyilə uçmağı öyrənməlidir deyə keçir ağlımdan.
  • Xuraman Memmedovaalıntı yaptı7 yıl önce
    Halbuki bəzi coğrafiyaların qanını əmən, qadınlarının hamiləliyini əmən, buludları əmən, uşaqların “gizlənqaç”larını əmən canavara döyüş demək haqsızlıqdır.
  • Xuraman Memmedovaalıntı yaptı7 yıl önce
    İntihar etməkdən imtina etdiyi anda ayağı sürüşüb, bədəni betona çırpılan adama, içimiz ağrıya-ağrıya, gözlərimiz dola-dola dualar edək.
  • Xuraman Memmedovaalıntı yaptı7 yıl önce
    Hər insanın ömrü boyu yadından çıxmayan bir yağış olmalıdır. Qəflətən və ya kəskin bir göy gurultusundan sonra şəhərə düşən bir yağışı əzbərləməlidir insan.
    Damla-damla əzbərləməlidir öz yağışını.
    Əlifba əzbərləyirmiş kimi, şeir əzbərləyirmiş kimi əzbərləməlidir yağışı.
    Heç olmasa bir mahnı nəqarəti qədər ağılda qalmalıdır yağış. Ananın üzü qədər, sevgilinin barmaqları qədər axında tutmalıdır bir yağışı.
  • Bahlul Valiyevalıntı yaptı7 yıl önce
    Başqasının ölümünə şahidlik etmənin çətinliyi, realda öz ölümünə dair mütləq bir sübutla qarşılaşmanın çətinliyindən başqa nədir?
  • Bahlul Valiyevalıntı yaptı7 yıl önce
    Bir çay kənarında oturub onu dinləsək. Tərini silsə, dəmli bir çay istəyib danışmağa başlasa.

    O adam bizim şəhərimizə də gəlsə.

    Bütün kirlərimizdən təmizləsə bizi... Bizdən heç bir qarşılıq gözləməyən mübarək Elçiyə və dostlarına Rəhmandan danışsa. Heydəri Kərrarın döyüşlərini, Siddiqin geniş ürəyini, Xəttab oğlunun ədalətini və ­Zinnureynin utanma duyğusundan danışsa.

    Qaçaraq gəlsə. Biz tükənmədən, ruhumuzu tükətmədən əvvəl gəlsə.
  • Xuraman Memmedovaalıntı yaptı7 yıl önce
    Plastik həssaslıqlar arasında yolunu itirmiş qarmaqarışıq bir ruhumuz var.
  • Xuraman Memmedovaalıntı yaptı7 yıl önce
    Bu dünyanın itmiş vicdanını yenidən dirildə bilmək üçün, gerçək aşiqlərin, ovuclarının içinə və mərhəmətli ürəklərinin ortasına dərin və uzun bir kəsik atmalarının vaxtıdır.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)