az
Fletçer Nibel,Çarlz Beyli

Mayın yeddi günü

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
Amerika yazıçı-jurnalistləri: Fletçer Nobel və Çarlz Beylinin qələmə aldıqları “Mayın yeddi günü” romanı siyasi detektiv janrının ən parlaq nümunələrindəndir. Bunu əsərin 50-dən artıq əcnəbi dilə tərcümə olunması, milyonlarla nüsxədə və təkrar-təkrar nəşr edilməsi də sübut edir.
Romanda hadisələr Amerikada baş verir. Pentaqon rəhbərliyinin ABŞ-da mülki hakimiyyəti ələ keçirmək təşəbbüsü və kimlər tərəfindən bu niyyətin qarşısının alınması yolları əsərdə olduqca axıcı bir dillə təsvir edilmiş, hadisələrin dinamikliyi, dramatizmi çox gözəl işlənib hazırlanmışdır.
Hiss olunur ki, bu roman bir o qədər də təxəyyül məhsulu deyil, Amerika tarixinin son 50 ilində baş vermiş hadisələrin bədiiləşdirilmiş təsviridir.
Əsərdə prezident Limenin obrazı parlaq işlənilib. Məhz bu siyasi liderin örnək fəaliyyəti nəticəsində ABŞ öz konstitusiyasından kənara saçmır və prezident təkcə baş verə biləcək dövlət çevrilişinin qarşısını almaqla kifayətlənmir, həm də başqalarına pis nümunə olmasın deyə, cəmiyyətin fikrində çaşqınlıq yaranmaması üçün onu müvəffəqiyyətlə ört-basdır edir.
Artıq ana dilimizdə də dərc olunan bu kitabın oxucular tərəfindən seviləcəyi və əldən-ələ gəzəcəyi şübhəsizdir.
Bu kitap şu anda mevcut değil
430 yazdırılmış sayfalar
Telif hakkı sahibi
Qanun Nəşriyyatı
Bunu zaten okudunuz mu? Bunun hakkında ne düşünüyorsunuz?
👍👎

İzlenimler

  • Dadaş Ağayevbir izlenim paylaşıldı8 yıl önce
    🚀Elden Düşmeyen

  • Namiq Xankişiyevbir izlenim paylaşıldı5 yıl önce
    👍Okumaya değer

Alıntılar

  • b0497577606alıntı yaptı9 yıl önce
    ÇƏRŞƏNBƏ, AXŞAM

    Ciqs Keysi oyananda sönməkdə olan günün ala-toran işığı pəncərənin pərdələrinin arasından otağa düşürdü. Otaq bürkülü idi və onun bütün bədəni yapışqanlı tərə batmışdı. Keysi saatına baxdı: yeddinin yarısıydı. Getmək vaxtıydı, saat yeddi tamamda o, Şunun yanında olmalıydı.
    Səhər-səhər“Şervud”hotelindənömrəkirayələyən kimi o, dərhal Eleonora Holbrukun iş yerinə zəng etmişdi. Keysi Şunu iki il idi ki, görmürdü, ancaq onu səsinin xəfifcə əsəbi tonundan və birnəfəsə hüdülədiyi qısa, rabitəsiz cümlələrdən dərhal tanıdı.
    — Salam, Şu, — o sözə başladı. — Keysi soyadlı oğlanı xatırlayırsan?
    — Ciqs!
    — Sən işini nə vaxt qurtarırsan?
    — Tələsməyin, polkovnik. — Keysi onun nəfəsini necə dərindən almasını eşitdi və onun siqaret çəkəndə dərin qullab vurma manerasını xatırladı. — Mən yer üzündən yoxa çıxan, sonradan göydən düşmüş kimi peyda olan insanlara ümid bəsləmirəm.
    — Mən səninlə birgə nahar etmək istəyirəm, — Keysi dedi.
    — Eləmi? Bəs əgər ledinin görüşü təyin edilibsə, necə olsun, polkovnik? Yeri gəlmişkən, elədir ki var.
    — Tfu! Bəs onu ləğv etmək olmazmı? — Keysi səsini alçaltdı. O hiss edirdi ki, özündən aşiq obrazı düzəldərək yaramaz hərəkət edir. — Mənə səninlə danışmaq lazımdır, Şu, gerçəkdən.
    — Yazıq! Nə olub, arvad bezdirib? — qadın istehza ilə soruşdu.
    O, qadının qısaqollu paltarda iş masasının arxasında oturduğunu, iki barmağının arasında yöndəmsiz şəkildə tutduğu siqaretin külünü çırpan zaman çılpaq qolundakı qızılı tüklərin parıldadığını təsəvvürünə gətirdi. Keysi onun alnına tökdüyü şabalıdı saçlarını, kiçik, nazik burnunu, həmişə yarıaçılı dolu dodaqlarını xatırladı. Bu, hündürboy, qədd-qamətli, həyatda hər şeyin dadını bilməyə tələsən qızın indi, yəqin ki, iyirmi səkkiz yaşı olmalıdır. O, kənd evi barədə arzulamağı sevirdi, ancaq Nyu-York həyatının qızğın tempinə tam uyğunlaşırdı – şəhər onu hipnoz edirdi. Onların qısa, bir həftəlik tanışlığı zamanı Eleonoradakı nəsə bir teatrallıq Keysini daima qıcıqlandırırdı və bu, son nəticədə onun qıza qarşı hisslərini soyutdu. Ancaq qızın böyük şəhərə acgöz meyli onu çulğamışdı və hətta o, qıza hirslənəndə onun qanını qaynadırdı. Bəli, o əsl Nyu-York qızıydı.
    Indi ötən günləri xiffətlə xatırlayarkən o, hansısa bir həyəcan hiss etdi və ona, bildiyi kimi, Şunun gözlədiyi şən cavabı düşünüb tapmaq çətin idi.
    — Nə oldu, dilini uddun?
    “Hücum ən yaxşı müdafiədir”, – Keysi düşündü.
    — Qulaq as, Şu. Mən hər hansı bir kommivoyajer deyiləm. Mənim evdə iki oğlum və sevdiyim arvadım var. Ancaq bunun bizə nə dəxli var. Mən bu axşam səninlə görüşmək istəyirəm.
    — Sən indi haradasan?
    O, qıza “Şervud”dakı otağının nömrəsini dedi.
    — Otağında gözlə, — Şu qısaca, işgüzar tonda cavab verdi. — Mən sənə zəng edəcəm. Onsuz da mənim bugünkü görüşüm yarımişgüzardır. Bir şey fikirləşərəm.
    “Yarımişgüzar?” – Keysi düşündü. – Mənimki isə tamam işgüzardır, əzizim. Hər halda, mən sənə zəng edəndə məhz bunu nəzərdə tutmuşam. General Skottun üzünü şeytan görsün məni bu işə saldığı yerdə! Mən sizə nə pislik etmişdim, general?”
    Şu dərhal zəng etdi.
    — Haradasa saat yeddi civarında yanıma gəl, — o dedi. — Içək, yemək barədə isə sonra fikirləşərik.
    — Ünvanını yadıma sal, Şu.
    “Marc heç olmasa ünvanı unutmağımdan məmnun olardı”, – o düşündü.
    — Üzünü şeytan görsün, polkovnik. — Onun səsi kobud səsləndi, eyni zamanda mehribanlıq ifadə etdi. — Telefon kitabına bax, böyük xadim!
    Keysi evin ünvanını tapdı, onu bloknota yazdı və hoteldən isti may günəşinin işıqlandırdığı Medison xiyabanına çıxdı. Adətən, Nyu-Yorkun çılğın vurhəşiri onun əsəblərinə toxunurdu, ancaq bu gün cənub küləyi tüstü-dumanı qovub dağıtmışdı, qəlbinə fərəh dolmuşdu və o, maraqla yanından tələsə-tələsə keçən kişilərin tutqun vücudlarına, səkidə sürətlə addımlayan qızların biçimli ayaqlarına tamaşa edirdi.
    Keysi Eleonora ilə görüşə qədər qalan vaxtı səmərəli keçirmək fikrinə düşdü, ancaq o, özünün NyuYorkdakı bütün dost-tanışlarını xəyalına gətirərək götür-qoy edəndə niyyətindən daşınmalı oldu. Tanış zabitlərə görünmək olmaz, mülki dostların az bir qismi isə Millisent Senyerin çalışdığı “Şeri” jurnalına, eləcə də Makfersonun girləndiyi “Riqel brokastinq korporeyşn” radioyayım şirkətinə ən uzaq münasibətə malik idi.
    Keysi Beşinci xiyabanda məqsədsiz-məramsız dolaşdı, mərkəzi parkın tininə qədər gedib çıxdı, yenidən Medison xiyabanını kəsib keçdi və hotelə qayıtdı. O, bu günorta saatında müştərilərlə dolmuş bara daxil oldu və ikiqat martini sifariş verdi.
    “Qalır yalnız necə lazımdır hortlatmaq və axşam görüşündən qabaq yaxşıca mürgüləmək”, – o qərara gəldi. Bu həftə ərzində o, on saat yuxu yatmamışdı və bu, özünü əsaslı şəkildə göstərirdi. Əgər sonra, axşam onu huş aparacaqsa, bu, nəyə yarayacaq?
    Keysi altı saat yatıb oyanaraq özünü Şu Holbrukla həssas görüşə hazır hiss etdi. O, yüngül tünd-göy rəngli kostyumunu geydi, elektrik üzqırxanı ilə üzünü yenidən qırxdı və qaralı, qırmızılı zolaqlı qalstukuna diqqətlə düyün vuraraq boynuna keçirdi. Bir dəfə Şu ona irad tutmuşdu ki, mundir qalstukunun düyünü həddən artıq yoğundur. Indi o, Keysinin bu iradı yadında saxlamasından xoşhal olacaq.
    “Ilahi, – o, öz-özünə dedi, – kim düşünərdi ki, mən bu cür işlərlə məşğul olacağam?”
    Keysi taksi tutub Şunun yanına getdi. Qız şəhərin şərq hissəsində, parkdan bir az aralıda çoxmənzilli binada yaşayırdı. Qapıçı, özünəxidmət lifti, boz xalça döşənmiş dar dəhliz, onun mənzilinin qapısının üstündəki 315 nömrəsi – bütün bunlar Keysiyə ötən vaxtı, onun unutmağa müyəssər olduğunu zənn etdiyi günləri xatırladırdı.
    Şu qapını açdı və əlini ona uzatdı. Keysi fikir verdi ki, qızın şabalıdı saçları həmişəki kimi yumşaq qıvrımlarla alnını haşiyələmişdi. O, polkovniki görəndə burnunu məmnuniyyətdən nazlı-nazlı qırışdırdı. Həmişəki kimi boyanmış dodaqları nəzərə alınmazsa, onun üzündə, demək olar ki, kosmetika yox idi. Qızın əynində boz rəngli dar şalvar, sarı köynək və yalın ayaqlarında sandal vardı.
    Şu geri çəkildi, əllərini belinə dayayaraq qonağını süzməyə başladı.
    — Səni heç vaxt mülki paltarda görməmişdim, — o dedi. — Mundirdə daha yaxşı görünürsən. Çiqs, amma belə də gedər. Tamamən gedər.
    Keysi gülümsədi və barmağıyla qalstukunun düyününə vurdu.
    — Böyük deyil ki, Şu?
    Qız cəld irəli addım atdı, onun üzünü əllərinin arasına aldı və sakitcə öpdü.
    — Yadında saxladığına görə.
    Onlar siqaret çəkdilər və pəncərənin önündəki yüngül divanın əks-qütblərində oturdular. Şu suallar yağdırırdı: hazırda o, harada işləyir, Nyu-Yorkda nə edir, yenə də martini sevirmi?..
    — Sevirəm, ancaq unutmuram ki, o, ailəli adam üçün olduqca təhlükəlidir. — O, xəyalən iki il əvvələ qayıtdı. Həmin axşam onlar martini içməyə başlamışdılar və beləcə yeməyə əl uzatmamışdılar. Keysi özünə söz verdi ki, bu gün hər şey tamam başqa cür olacaq.
    — Mənimki buzlu olsun, — Şu mətbəxə yönələndə o dedi.
    — Oo, sən qocalırsan, Ciqs!
    “Hə, belə bir mənzildə adam qətiyyən dövlət çevrilişinin qarşısını almaq və bu kimi şeylər barədə fikirləşmək istəmir”, – Keysi düşündü.
    Otaqların şəraiti Şunun zövqünün rəngarəngliyindən xəbər verirdi. Divardan asılmış böyük yarımabstrakt rəsm əsəri narıncı-moruq rəngli zolaqlı fonda bir-birinə cummağa hazır olan iki yaşıl buynuzlu qara öküzü əks etdirirdi. Döşəmədə müxtəlif səmtlərə baxan dörd narıncı abajurlu, fil sümüyü rəngli ayaqlı lampa vardı Hətta ağır şüşə qapağı saxlayan çopurlarla örtülü taxta tumbalı böyük qəhvə mizi də qeyriadi konturlara malik idi. Nahar masasının üzərindəki parlaq narıncı süfrə örtüyü rəfləri doldurmuş kitablarla harmoniya təşkil edirdi. Keysi təəccüblənirdi ki, doğrudanmı, bu otaq, gerçəkdən də, təsadüfi intim görüşlər üçün yox, yaşamaq üçün nəzərdə tutulub?
    Martini ilə dolu qrafin buğ damcıları ilə örtülmüşdü. Şu qədəhləri ağzına qədər doldurdu və dərhal özününkünü dibinə qədər içdi, üstündən yalnız kiçik zeytun marinadı yedi. Onlar danışır və gülüşürdülər. Şu elə hey özünün “axmaq peşə” adlandırdığı işinə dair cürbəcür əhvalatlar danışırdı: müdiriyyətin davranışından, verilişlərin təşkilatçılarının şıltaqlıqlarından, artistlərin həyatından qalmaqallı olaylardan. Iki il əvvəl olduğu kimi onlarla ünsiyyət tamamilə rahat idi.
    Sonra Şu susdu və Keysinin üzünə uzun-uzadı baxdı.
    — Budur, biz, polkovnik, ən yaxın dostlar kimi söhbət edirik, — o danışmağa başladı. — Ancaq qadın fəhmim mənə pıçıldayır ki, sən buraya heç də mənim gözəl gözlərimə görə gəlməmisən. Mən bunu sənin açıq, dürüst üzündən oxuyuram. Sənə nəsə başqa şey lazımdır. Yaxşı, danış görək, məsələ nədir?
    Keysi güldü. Dəlil-sübut göz önündəydi: qız artıq iki qədəh içmişdi, onun qədəhi isə hələ də yarıya qədər dolu halda dururdu.
    — Bilirdim ki, sən gec-tez məni ifşa edəcəksən, Şu, — o dedi. — Mən Nyu-Yorka bəzi şeylər öyrənmək üçün gəlmişəm və düşünürdüm ki, sən mənə kömək etmək istəyəcəksən. Ancaq bütün bunlar aramızda qalmalıdır.
    — Əzizim mənim, — qız cavab verdi, — mənim nə o bombalar barədə, nə də insanların Yerin ətrafında fırlandıqları o şeylər barədə azacıq belə anlayışım yoxdur. Ancaq əgər siz əks-kəşfiyyatçılardan birisinizsə, o zaman, Allaha şükür, heç bir rusla tanışlığım yoxdur.
    — Bu, siyasi məsələdir, Şu, — Keysi dedi. O, burada ehtiyatlılığın lazım olduğunu bilirdi və əvvəlcədən ona deyəcəyi hər şeyi düşünmüşdü. — Vaşinqtonda həyat çox mürəkkəbdir və hərdən hərbçilər toplar və raketlərlə heç bir əlaqəsi olmayan tapşırıqlar da yerinə yetirməli olurlar.
    — Mən bunu yaxşı bilirəm, canım mənim.
    — Bir sözlə, mən bir qrup demokratın balaca bir məxfi tapşırığını yerinə yetirirəm, onlar ehtiyatlanırlar ki, general Skott, mənim şefim iki ildən sonra növbəti prezident seçkilərində prezident Limenə qarşı öz namizədliyini irəli sürməyə çalışacaq.
    — Oy, necə də maraqlıdır! — Şu ayaqlarını altında qatladı və siqaretini dirijor çubuğu kimi qaldırdı. — Tezcə soruş məndən, nə soruşursan.
    — Vəd edirsənmi ki, bütün söhbətimiz sirr qalacaq.
    — Bu nə sualdır? Iş yerində məni “Qaradinməz xanım” çağırırlar. Mən isə çoxdan hansısa çirkli siyasi məsələdə gizli şəkildə iştirak etmək istəyirəm.
    Keysi qalstukunu boşaltdı və yarımçıq qədəhini əlində hərlədi.
    — Məsələ belədir, biz eşitmişik ki, general Skott sənin rəfiqən Millisent Senyerlə əlaqədədir. Onu bir dəfə mənimlə tanış etdiyini xatırlayırsan?
    — A, Milli, — Şu məyusluq ifadə edən üz cizgiləri ilə sözü uzatdı. — Burada nə sirr var ki? Onlar, Allah bilir, nə vaxtdan gəzirlər. Bu barədə “Tayms-skver” maqazin qəzetində on futluq hərflərlə elan verə bilərsən və heç kəs təəccüblənməz.
    — Ola bilər, — Keysi razılaşdı, — ancaq onların əlaqəsi barədə haçansa qəzetdə yazıldığını düşünmürəm. Hər halda, bizə onların əlaqəsi barəsində daha təfərrüatlı şəkildə... əgər mümkündürsə, səndən öyrənmək istəyirdik.
    – “Bizə” deyərkən, kimə yəni?
    — Deyək ki, prezidentin dostlarından kimlərəsə.
    — Ay-ay-ay. — Şu başını yırğaladı. — Demək, Vaşinqtonda həyat çox çətindir, hə? Gündüzlər sən general Skotta işləyirsən, gecələr isə ona qarşı.
    — Hmm, hə, müəyyən mənada. Yaxşı, necə olsun?
    — Mən prezident Limeni bəyənirəm və məncə, ona qarşı alçaqlıq və ədalətsizlik edirlər, xüsusilə də indi, onun bizi bu qorxunc bombalardan xilas etməyə çalışdığı bir vaxtda. Doğrudurmu, Ciqs?
    Keysi qədəhdən bir qurtum aldı və susdu.
    — Bax belə. Milli və Cim Skott artıq çoxdan gəzirlər. Əvvəlcə onların arasında, doğrudan da, qaynar məhəbbət vardı. Mən bilmirəm general missis Skotta necə yanaşır, ancaq o, Milliyə bütün varlığı ilə vurulmuşdu. Milli də onu, demək olar ki, sevirdi. Düşünmürəm ki, Milli onu, gerçəkdən də, əsl məhəbbətlə sevə bilərdi, ancaq, hər halda, o, generala çox bağlanmışdı. O elə hey mənə zəng vurur, tələb edirdi ki, mən hər şeyi sirr olaraq saxlayım və kəsib-kirimədən öz Cimi barədə danışırdı. Mən onun evində generalla bir neçə dəfə görüşmüşəm. Mənim zövqümcə olmasa da, etiraf edim ki, o çox yaraşıqlı kişiydi.
    — Sən necə düşünürsən, Skott boşanmağa hazırlaşırdı? — Keysi onun sözünü kəsdi.
    — Heç vaxt, — Şu qətiyyətlə bildirdi. — Heç Milli də bunu istəmirdi. O çox işgüzar qadındır. Əlbəttə, bütün bu eşq macərası onun xoşuna gəlir, ancaq evlilik yox! — Şu qədəhin üstündən ona iti bir nəzər saldı. — Maraqlıdır, mən elə olacağammı, Ciqs?
    — Xeyr, — o, ciddi ata rolunda çıxış edərək dedi. — Biz səni ərə verəcəyik, xanım. Yaxşı, bəs Skott və Milli hələ də oturub-dururlar?
    — O qədər də yox. O, doğrusu, telefonla zəng edir, iki həftə əvvəl özü də gəlmişdi, ancaq, ümumiyyətlə, onlar soyumuşdular. Milli danışır ki, o, nəyləsə çox məşğuldur. O deyirdi ki, axırıncı dəfə Skott öz adyutantı ilə (deyəsən, onun soyadı Merdok imiş) ilə gəlibmiş və onlar Millinin evindən özlərinin hansısa hərbi məsələləri üçün istifadə ediblər. Axı həmişə ehtirasın da bir sonu olur və mən Millini tanıyaraq hətta təəccüblənirəm ki, nə əcəb bu sevda uzun sürdü. Mən düşünürəm ki, belə mühüm bir generalın məşuqəsi olmaq onun izzət-nəfsini oxşayır.
    Keysi qoşa öküzlərin təsvir olunduğu rəsm əsərinə baxdı. “Nəyə görə buynuzları yaşıldır”, – o təəccübləndi, eyni zamanda bütün bu eşq macərası barədə də düşündü.
    — Onların əlaqəsinə dair hər hansı bir dəlil-sübut varmı? — o soruşdu.
    — Dəlil-sübut? Sən nəyi nəzərdə tutursan?
    — Hər hansı bir yazılı dəlil-sübutu.
    Şu yalançı bir ikrahla çiyinlərini çəkdi.
    — Ciqs, əgər mənim onların sevgi məktublarını sənin üçün oğurlamağa qədər alçalacağımı düşünürsənsə...
    — Yox, mən məktublardan danışmıram, — o etiraz etdi, — qətiyyən istəmirəm ki, sən nəsə oğurlayasan. Ancaq, deyək ki, avtoqraflı şəkil və ya Skottun tərəfindən verilən, mağazanın hesabı ilə təsdiqlənən hədiyyə, yaxud da nəsə belə bir şey yoxdurmu?
    — A-a... — Şu fikrə getdi, sonra qəhqəhə çəkdi. — Bilmirəm bunu danışmaq lazımdırmı, ancaq çox məzəlidir. Sənə deyim ki, Milli tip qadındır. O çox xanımxatındır, çox modabazdır, onda çox incə zövq var, ancaq, Ilahi, pul sarıdan o qədər acgözdür ki! Milli bir ətək pul qazanır və bu qış o, vergi bəyannaməsi tərtib etməli olanda öz gəlirlərinin məbləğini azaltmaq üçün dəridən-qabıqdan çıxdı. Bilmirəm, bunu ona vəkili məsləhət görmüşdü, ya yox, amma o, ötən il üçün general Skottun qonaq edilməsi məsrəflərinə üç min dollar pul silmişdi.
    — Doğrudanmı? — Keysi, gerçəkdən də, təəccübləndi. — O, buna necə müyəssər olub?
    — Sən modanın günümüzdəki əhəmiyyətini unutmusan, mənim əzizim. — Şu başını geri ataraq qəhqəhə çəkdi. — Gülməli deyilmi? Milli fikirləşdi ki, əgər onu sorğu-suala tutsalar, o deyəcək ki, orduda xidmət edən qızların və hərbçilərin arvadlarının nə geyindiyi barədə ən yeni məlumatlar almaq üçün general Skotta ziyafət verməli olub. Mən onun bacarıqlılığına, sadəcə, heyranam. Sevgi əlaqəsi hesabına vergidən yayınmaq — kef budur! Bu, Millidən başqa heç kəsin ağlına gəlməzdi.
    — Yaxşı, o, bunu başa gətirə bildimi?
    — Dayan bir, arxası daha da gülməli oldu. Milli zamanında bəyannaməni təqdim etdi, martda isə onun yanına vergi müfəttişi gəldi və ondan hansı əsaslarla öz gəlirindən güzəşt çıxılması etməsinə izah verməyi xahiş etdi. Milli mənim sənə bayaq danışdıqlarımın hamısını ona bildirdi. Müfəttişin gəlişindən dərhal sonra ona vergi idarəsindən belə bir bildiriş gəldi ki, onun öz gəlirlərinin məbləğini azaltmaq hüququ yoxdur və vergi məbləğinə hələ hansısa məbləğ əlavə etməlidir. Milli hiddətləndi və hər cür cəfəngiyata əl atdı. Deyirdi ki, əgər hökumət onu mühakimə etmək istəyirsə, qoy etsin. Görünür, onların eşqi onsuz da sönükmüşdü və Millinin itirəcəyi bir şey yox idi. O, elə qəzəblənmişdi ki, savaşmağa hazırıydı. Əlbəttə, onun mübahisə etmək üçün heç bir əsası yox idi, ancaq söhbət puldan getdiyi vaxt ona nəyisə sübut etmək mümkün deyildi.
    — Hər şey nəylə bitdi? — Keysi bu əhvalatın onu maraqlandırdığını büruzə verməməyə çalışaraq etinasız şəkildə soruşdu.
    — Onlar kompromisə getdilər! — Şu yenidən atılaatıla qəhqəhə çəkdi. — Milliyə afərinmi? Vergi idarəsində hansısa adam qorxa-qorxa və dodağının altında mızıldanıb ki, heç kəs nə general Skottu, nə də miss Senyeri naqolay durumda buraxmaq istəmir. Və o soruşub ki, əgər gəlir məbləğini min beş yüz dollar azaltsalar və yerdə qalanı üçün vergi ödəməli olsa, Milli etiraz etməz ki. Beləcə, o, o cür də etdi və hamı məmnun qaldı. Milli min dollarını qoruyub saxladı, hökumət min dollar əldə etdi, general Skott isə, bildiyimə görə, bu gün də heç nədən şübhələnmir. Necə biclikdir?
    — Mən düşünürdüm ki, belə kompromislər aşkar şəkildə edilir, — Keysi dedi.
    — Hə, bu, böyük işlərə aiddir. O halda tərəflər vəkillər tuturlar və portfellərlə masa arxasında oturur, hər cür məzmunsuz şeylər danışırlar, — Şu dedi. — Burada isə, sadəcə, Milli və vergi idarəsinin yaraşıqlı işçisi arasında kiçik özəl söhbət oldu.
    Keysi söhbəti şəxsi mövzulara keçirdi. Şu ondan oğulları barədə soruşdu və maraqlandı ki, o özü Vaşinqtonda özünü yaxşı oğlan kimi aparırmı. Bax onun özü ötən il az qala ərə gedəcəkmiş, ancaq tam zamanında aşkarlamağa macal tapıb ki, nişanlısı elə inanılmaz zəhlətökən tipdir ki, bir sürü uşaq əkib-tökmək və haradasa ucqarlarda, Ferfild dairəsində yaşamaq istəyir.
    — Yenə də kişilərə, hətta ən yaxşılarına belə inanmaq olmaz... — Şu teatral manerayla ah çəkərək dedi. — Hə, Ciqs, düşünürəm ki, bizim evdən çıxmağımıza və dəniz piyadası zabitlərində onsuz da o qədər çox olmayan pulları xərcləməyimizə dəyməz. Ən yaxşısı budur ki, gəl evdə qalaq, üstəlik məndə soyuducuda əla bifşteks və başqa bir şeylər də var.
    Keysi tərəddüd edirdi. O başa düşürdü ki, hazırda ona Nyu-Yorkun böyük restoranlarında görünmək olmaz. Digər tərəfdən qızla təklikdə, şam işığında yemək süfrəsi üzərində məsul missiya qoyulmuş insan üçün yolverilməz nəticələrə gətirib çıxara bilər. Ona görə də o, Şunun yanına gəlməyə hazırlaşarkən ona hansısa kiçik, müştərilərin çox olmadığı, onun tanışlardan kiməsə rast gələcəyindən şübhələnməyəcəyi bir xudmani iaşə müəssisəsində nahar etməyi təklif etmək niyyətindəydi.
    — Gedər, — nəhayət, o, öz şübhələrini dəf edərək dedi. — Böyük məmnuniyyətlə burada nahar edərəm. Yalnız sən, lütfən, orada xüsusi bir...
    — Mən isə heç mətbəxdə xüsusi bir şey bacarmıram. — Qız onun alnından öpdü və çıxdı. Keysi soyuducunun qapısının guppultusunu və tavaların cingildəyən səsini eşitdi.
    — Qulaq as bir, Şu, — o səsini qaldırdı, — sən yemək hazırlayanadək mən tinə qədər qaçım, telefonla zəng edim. Mənim bir adamla razılığa gəlməyim lazımdır.
    — Yataq otağından zəng vur, Ciqs. Söz verirəm qulaq asmayacam, hətta missis Keysi ilə danışsan da.
    — Yox, bu, işgüzar söhbətdir. Bizə yalnız avtomat telefondan yararlanmağı əmr edirlər.
    Şu başını qapıdan içəri saldı.
    — Ay-ay-ay, gör necə də sirr-xafiyədir. Bu çox da nəzakətli olmasa da, əgər gizli agentlər belə fəaliyyət göstərməlidirlərsə, onda işində ol. Tez qayıdacaqsan?
    — Əlbəttə.
    Keysi köynəyinin yaxasını düymələdi və qalstukunu bərkitdi. Evdən çıxarkən o, qapıçıya baxaraq başını tərpətdi və Leksinqton xiyabanı tərəfə yönəldi. Küçənin tinində yerləşən aptekdəki telefon köşkündən o, Ağ Evə zəng etdi, miss Çerveysini soruşdu, o isə polkovniki Ester Taunsendlə calaşdırdı.
    — Miss Taunsend, danışan Keysidir. Nə kimi xəbərlər var?
    — Hamı çalışır. Indicə okeanın o tayından, Poldan yaxşı xəbərlər almışıq.
    — Demək, o, ona yetişib.
    — Mənə elə gəlir ki, yetişib. Hər halda, şef özünü qat-qat yaxşı hiss edir. Sizdə nə var, nə yox?
    — Qulaq asın, miss Taunsend. Təfərrüatı mən sabah ona şəxsən danışacam. Hələlik isə şefə bunları çatdırın. Millisent Senyer vergi bəyannaməsində göstərib ki, bizim ümumi dostumuzun qonaq edilməsinə babat məbləğ sərf edib. Bu, bizim axtardığımız dəlil-sübut deyil, ancaq biz pis vəziyyətdə qalsaq, işimizə yaraya bilər. Məncə, Todda bu bəyannaməni tələb edib almaq lazım gələcək. Adı hərf-hərf verirəm: M-i-l-l-i...
    — Onun necə yazıldığını bilirəm, polkovnik. Daha nə var?
    — Hələlik bu qədər.
    — Yaxşı. Evə qayıtmazdan öncə dodaq boyasını silməyi unutmayın. Görüşənədək, polkovnik.
    Şunun evindəki nahar, gözlənildiyi kimi, olduqca intim xarakterdə keçdi. Masada yeganə bir şam şölələnirdi, bifşteks və salatdan sonra Şu konyak butulkası gətirdi. Sonra o, döşəməyə oturdu və başını Keysinin dizlərinə söykədi.
    — Mənə çox yaxşıdır, Ciqs, — o dedi. — Hər şey əvvəlki kimidir.
    Onun pıçıltısı və xəfif alaqaranlıq Keysini məst edirdi. O, pencəyini soyundu, qalstukunu boşaltdı. “Əgər mən ehtiyatı əldən versəm, axırım çatıb”, – o düşünürdü.
    O, iradəsini səfərbər edərək özünü əvvəlki mövzuya qayıtmağa vadar etdi: – Söylə, Milli nə vaxtsa Skottun televiziya icmalçısı Harold Makfersonla tanışlığı barədə danışıbmı?
    — Ay səni, yaramaz, — Şu sakit-sakit dilləndi. O, başını ona sarı döndərdi və üzünü onun dizinə sürtdü. — Bu dəqiqə də sənin ağlında yalnız iş var.
    — Öz ezamiyyə xərclərini çıxarmaq lazımdır axı.
    “Yeri gəlmişkən, – o düşündü, – səfər məsrəflərini mənə kim ödəyəcək? Görünür, bu, konstitusiyanın müdafiəsi işinə töhfəm olacaq”.
    — Yaxşı, Şu, nə bilirsən, danış. Mən düşünürdüm ki, sən siyasi intriqaları sevirsən.
    — Sevirəm, — Şu ordunu şişirdi, — ancaq bilirsən, hər şeyin öz yeri və zamanı var. Yaxşı, aydındır. Sorğu-sual edin, mister dairə prokuroru.
    — Beləcə, o, Makferson barədə nəsə danışıbmı?
    — O, nə üçün danışmalıydı? Makfersonun bir dəfə arvadıyla birlikdə onun təşkil etdiyi məhrəm ziyafətdə iştirak edərkən mən də orada idim. O zaman mənim qonşuluğuma dəhşətli bir zəhlətökən adam düşmüşdü! Ancaq o belə bu Makfersondan yaxşıydı. Onun kimi düşünənləri birbaşa görən gözüm yoxdur. O zaman o, bütün gecə boyu qadınların hüquq bərabərliyindən başlayaraq, konqresdə qurtararaq, ürəyincə olmayan hər şey barədə eyni şeyləri mızıldandı.
    — Skott onunla dostluq edir? — Keysi soruşdu.
    — Onlar artıq çoxdan tanışdırlar və oxşayır ki, bərk dostdurlar. Mən sənin Centlmen Ciminin xoşuma gəlmədiyini deyəndə məhz onun Makfersonla dostluğunu nəzərdə tuturdum. Bu manyaka qulaq asan adamlar məni maraqlandırmır. O, bütün ölkəni hipnoz edib, əslində isə o, sadəcə, şarlatanın biridir.
    — Sən düşünürsən ki, Skottla Makfersonun yaxşı münasibətləri var?
    — Düşünmürəm, bilirəm, — Şu cavab verdi. — Skott axırıncı dəfə iki həftə əvvəl bura gələndə, Milli danışırdı ki, o, Makfersonla daha çox vaxt keçirib, nəinki onunla.
    — Bilirsən, Şu, sən, gerçəkdən də, mənə kömək edə bilərsən. Mənim Makfersonu kifayət qədər yaxşı tanıyan bir adamla söhbət etməyim lazımdır. Bəlkə sən onun ətrafından ona eynilə sənin kimi münasibət bəsləyən kimisə tanıyırsan?
    — Belə bir adam var — Morton Frimen, — Şu dərhal cavab verdi. — O, həmin müəssisədəki yazarlardan biridir. Bir ətək pul qazanır, ancaq bilirəm ki, o, Makfersona nifrət bəsləyir və başqa bir kontora keçmək üçün fürsət gözləyir.
    — Sən onunla mənim görüşümü təşkil edə bilərsən, deyək ki, lanç yeməyi zamanı?
    — Əlbəttə, — Şu ayağa qalxdı, stolun üstündən axşam qəzetini götürdü, bir neçə səhifəsini vərəqlədi və lazımi yeri taparaq qəzeti bükdü və onu Keysiyə verdi. — Budur, bax. Həftənin axırında Makfersonun xüsusi çıxışı barədə şayiələr gəzirdi, burada isə, mənə elə gəlir, bu barədə daha təfərrüatlı yazıblar.
    Şu qəzeti Keysiyə verdi və telefona doğru getdi. Keysi torşeri yandırdı və televiziya xəbərləri bölümündə Şunun göstərdiyi qeydləri oxudu.
  • Fergie Alimovaalıntı yaptı5 yıl önce
    Lakin əgər Allah mülki şəxslərə sağlam düşüncə versəydi, onlara heç bir silahlı qüvvə, xüsusilə də dəniz piyadası lazım olmazdı”.
  • Fergie Alimovaalıntı yaptı5 yıl önce
    Çarlz Beyli, Fletçer Nibel

Kitap raflarında

fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)