Nikos Kazancakis

Aleksi Zorba

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Aybəniz Həsənovabir izlenim paylaşıldı8 yıl önce
    👍Okumaya değer
    🔮Gizli Derinlikler

    Nikos Kazancakis - Zorba

    Kazancakis Azərbaycan oxucusuna tanış olmayan yazarlardandır. Bildiyim qədəri ilə dilimizə heç bir kitabı tərcümə olunmayıb. Bu səbəbdən də yazıçı haqqında bir qədər məlumat verməyin yerinə düşəcəyini düşünürəm. N. Kazancakis Yunan yazıçısıdır, 1883-cü ildə hələ Giritdə - o zamanlar Girit Osmanlı İmparatorluğunun hakimiyyəti altında idi - dünyaya gəlib. Əvvəlcə Afina Universitetində hüquq oxuyur, daha sonra Parisə gedib fəlsəfə təhsili alır. Parisdə Henri Bergsonla tanışlıq və birlikdə işləmək fürsəti olmuşdur.

    Həyatının bir dönəmində komunizmə meyl edən Kazancakis ciddi bir Lenin heyranı olub. Ancaq Stalinin hakimiyyəti dövründə özü Sovetlər Birliyində olduqdan sonra komunizmdən soyuyur. Yunanıstana qayıtdıqdan sonra komunist olmayan bir sol partiyaya rəhbərlik edir, hətta ona nazir vəzifəsi belə verilir, amma bir ildən sonra bu vəzifədən istefa verir.

    Nikos Kazancakis bizim ölkədə tanınmasa da kifayət qədər ciddi və tanınmış yazıçıdır. 1957-ci ildə 1 xal geridə qalmaqla Nobel mükafatını Kamyuya uduzub. Hətta Kamyu özü də etiraf edirdi ki, Kazancakis bu mükafata ondan daha çox layiqdir. Yaradıcılığa şeirlə başlayıb, daha sonra "Komediya" adlı birpərdəli pyes yazır, bu pyesdə varoluşçuluğun izlərini görmək mümkündür. Amma daha çox romanları ilə məşhurlaşıb. Onu dünyaya tanıtdıran bu gün haqqında danışacağım "Zorba" romanı əsasında Michael Cocoyannis tərəfindən 1964-cü ildə çəkdiyi film olur.

    "Zorba" da Kazancakis özündən danışır, özünü yazır. Əsərinin qəhrəmanı kimi o da uzun müddət (1922-ci ildən ömrünün sonuna qədər) müxtəlif ölkələri səyahət etmişdir. Kazancakisin qəbir daşında yazılan yazı da qəhrəmanının həyat fəlsəfəsinə uyğundur. Məzar daşında "Heç nə ummuram, heç bir şeydən qorxmuram, azadam" yazılıb.

    1946-cı ildə nəşr olunan əsər roman boyu adını bilməyəcəyimiz və "Patron" adlandırılan bir yazıçının və Aleksi Zorbanın tanış olub kömür mədənlərində işləmək üçün Giritə gəlməsi ilə başlayır. Fəhlələrə nəzarət edən Zorba ilə yazıçının arasında münasibətlər bir müddət sonra sıx bir dostluğa çevrilir və onlar söhbətləşdikcə oxucu Zorbanı tanımağa və macəraları ilə tanış olmağa başlayır.

    Zorba həyatı, yaşamağı sevən bir obrazdır. Həyatın məğlubiyyətlərlə dolu olduğunu qəbul edir, əsas olan bu məğlubiyyətləri sevməkdir deyir. Bütün zəncirlərini qırmış, azad bir ruha sahibdir. Həyatını doya-doya yaşayır. Qadınlara münasibəti fərqli və maraqlıdır. Onlara acıyır, eyni zamanda onları sevir və qəlblərini qırmamaq üçün əlindən gələni etməyə hazırdır. Zorbanın başlıca xüsusiyyətlərindən biri də demək istədiklərini rəqslə izah etməsidir.

    Zorbanın Tanrıya və dinə münasibəti də maraqlıdır. Bir tərəfdən Tanrıya inanmır, digər tərəfdən isə elə anlar olur ki onun varlığını qəbul etdiyini hiss edirsən.

    Birlikdə qaldıqları vaxt ərzində Zorbanın fikirləri yazıçının həyat fəlsəfəsini, həyatının yönünü önəmli dərəcədə dəyişir. Fikrimcə, əsəri oxuyan hər bir oxucunun da düşüncələrini müəyyən mənada dəyişməyə qadir romandır.

    "Zorba"nı oxuduqca azadlığımızın əslində quru sözdən ibarət olduğunu, əsl azadlığı əldə etmək üçün qırmalı olduğumuz zəncirləri qırmaq yerinə hər gün könüllü şəkildə özümüzü yeni zəncirlərlə bağladığmızı görürük. Bəlkə də insanın heç vaxt həqiqi mənada azad olmayacağını dərk edirik. Düşünürəm ki, əksəriyyətimiz özümüzə belə etiraf etməsək də Aleksi Zorbanın həyat tərzinə qibtə ilə yanaşarıq.

    Kazancakisin romamda istifadə etdiyi şeirsəl dil onu daha da oxunaqlı edir. Roman "Ölmədən öncə oxumalı olduğunuz 1001 kitab" siyahısında yer alıb və doğrudan da mütləq oxunmalı bir kitabdır.

fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)