bookmate game
az
Filip Kotler

A-dan Z-dək MARKETİNQ

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Vugar Bayramovalıntı yaptı9 yıl önce
    Marketinq qiymət prinsipləri deyil, digər prinsiplər əsasında rəqabət aparmağı öyrədir
  • Fazail Zakariyyaalıntı yaptı5 yıl önce
    “Plan, – Piter Druker qeyd edirdi, – əgər işə çevrilmirsə, heç nədir”. Lakin bərbad planın yaxşı icrası əla planın bərbad icrasından heç də yaxşı deyil. Əslində uğur üçün hər ikisi eyni qədər vacibdir.
  • Vusala Mammadovaalıntı yaptı9 yıl önce
    Marketinq planına cəmi altı element daxildir: vəziyyətin analizi, məqsədin analizi, strategiya, taktika, büdcə və nəzarət:
    1. Vəziyyətin analizi. Şirkət analizin gedişatı zamanı makrosəviyyədə hərəkət edən xarici amilləri (iqtisadi, siyasi-hüquqi, sosial-mədəni, texnoloji), həmçinin vəziyyətin oyunçularını, ya da iştirakçılarını (şirkəti, rəqibləri, distribüterləri və tədarükçüləri) tədqiq edir. Şirkətlər SWOT-analiz, yəni güclü və zəif tərəflərin, imkan və təhlükələrin (strengths, weaknesses, opportunities, threats) analizini keçirirlər. Əslində onu TOWS-analiz adlandırmaq, daha doğrusu, tədqiq olunan amilləri əks istiqamətdə (təhlükə, imkanlar, zəif tərəflər, güclü tərəflər) dəyişmək daha düzgün olardı. Burda xarici amillərdən daxili səbəblərə doğru hərəkət etmək lazımdır, yoxsa daxili amillərə həddən ziyadə diqqət yetirmiş və nəticədə şirkətin yalnız güclü tərəflərinə aid təhlükə və imkanları gözdən keçirmiş olacaqsınız.
    2. Məqsədlər. Vəziyyəti analiz zamanı şirkət üçün mümkün olan ən yaxşı imkanlar aşkar olandan sonra düzənlənir, bundan sonra şirkətin məqsədləri formalaşır və onların nailiyyət müddəti müəyyənləşir. Məqsədlər biznesin bütün iştirakçılarının, şirkətin etibarının, tətbiq olunan texnologiyanın və digər əhəmiyyətli amillərin xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
    3. Strategiya. İstənilən məqsədə müxtəlif yollar apara bilər. Məqsədə nail olmaq üçün ən yaxşı kurs seçimi – strategiyanın qarşısına qoyulan öhdəlikdir.
    4. Taktika. Strategiyanı marketinq instrumentarisinə və konkret tədbirlərə aid olan detalları təsəvvürdə — ətraflı — canlandırmaqla inkişaf etdirmək lazımdır. Tədbirlər üçünsə məsul şəxslər və icra müddəti müəyyənləşdirilir.
    5. Büdcə. Planlaşdırılmış tədbirlər və işlər xərclərlə bağlıdır ki, onlar da öz növbəsində şirkətin məqsədinə nail olması üçün zəruri olan büdcəyə əlavə edilir.
    6. Nəzarət. Şirkət planın yenidən nəzərdən keçirilməsinin və məqsədə çatmaq uğrunda işlərin necə getdiyini müəyyənləşdirməyə imkan yaradan nəzarət göstəricilərinin dövriliyini müəyyənləşdirməlidir.
  • Zaur Mirzayevalıntı yaptı6 yıl önce
    Heç bir şey yeni bir şeyin öyrənilməsi qədər zövqümü oxşamır
  • b4591513265alıntı yaptı4 yıl önce
    Çin filosofu Lao-szının dediyi kimi, “ən yaxşı liderlər mövcudluğundan xalqın xəbərsiz olduğu rəhbərlərdir”.
    Yaxşı liderlər ətraflarına istedadlı menecerlər yığmağa çalışırlar. Onlar özlərindən ağıllı menecer tapanda sevinirlər. Tom Sibel təkid edir ki, “Siebel Systems”in istiqamətləndirici rəhbərləri öz fəaliyyət sahələrində ondan qat-qat güclü olsunlar. Maliyyə direktoru maliyyə məsələlərində, marketinq şöbəsinin rəhbəri marketinq məsələlərində baş direktordan səriştəli olmalıdır. Baş direktorun qarşısında duran məsələ bütöv bir şirkətin nailiyyəti üçün birgə işləməyə qabil olan ekspert komandasını yaratmaqdır.
    Bundan başqa, yaxşı liderlər konformistlərə heç tab gətirmirlər. Sizinlə razılaşan adamları yaxına buraxmayın. Yaxşı lider həmkarlarından həqiqəti eşitmək istəyir, o, əməli müzakirələri və qeyri-standart düşüncə tərzini təşviq edir, genişmiqyaslı fikirləri salamlayır. O, dürüst səhvlərlə səbirli davranır, son qərarı qəbul edəndən sonra isə işçilərini onu həyata keçirə bilmələri üçün həvəsləndirir.
    Yaxşı liderlər rəqəmlərə az vaxt ayırır – onlar insanlarla işləməyə, əsas müştərilərlə daha çox təmasda olmağa üstünlük verirlər. “General Electric”in rəhbəri Cek Uelç müştərilərlə ünsiyyətə ildə 100 gününü sərf edib. Lu Gerctner də IBM-in başında duranda eyni cür edib.
    Yalnız liderin işi yetərincə mürəkkəbdir – bu, heç də özün kimi başqa liderlərlə qolf oynamağa bənzəmir. Bir baş direktor belə söyləyib: “Mən yalnız narahat olduğum anlarda rahat oluram”
  • Tural Ibrahimovalıntı yaptı5 yıl önce
    “Common Cause” şirkətinin təsisçisi Con Qardnerin söylədiyi kimi, “hər bir problem – əla maskalanmış imkandır”.
  • Xuraman Memmedovaalıntı yaptı5 yıl önce
    Rəqibindən tez öyrənmək bacarığı – rəqabət döyüşündə zamanla heç dəyişikliyə uğramayan yeganə silahımızdır”.
  • Xanlar Süleymanovalıntı yaptı7 yıl önce
    Alıcılar, demək olar ki, həmişə sağa gedirlər.
    • Qadınlar kişilərlə müqayisədə dar keçidlərdən uzaq dururlar.
    • Kişilər mağazaların keçidindən qadınlardan daha tez gedirlər.
    • Alıcılar əks etdirən səth görəndə addımlarını yavaşıdırlar və əksinə boş sahə görəndə addımlarını yeyinlədirlər.
    • Alıcılar girişdən 30 fut aralıda olanda dolaşıq işarələri görmürlər.
  • Xanlar Süleymanovalıntı yaptı7 yıl önce
    yeni müəssisələrin, cərəyanların və biznes-proseslərin yaradılmasıdır.
  • Sheyla Papatyaalıntı yaptı8 yıl önce
    Satış yalnız məhsulunuz olan zaman başlanır; marketinqsə mal meydana gəlməzdən öncə işə düşür.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)