bookmate game
Uilyam Folkner

Emili üçün qızılgül

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    Nə qədər ki ayğır və buğaları
    axtaladıqları kimi insanı da
    öz ruhundan məhrum etməyiblər,
    nə qədər ki gec deyil və insan
    ikiayaqlı heyvana çevrilməyib,
    hamımızın qarşısında bir vəzifə –
    şəxsiyyəti simasızlıqdan xilas
    etmək vəzifəsi durur!

    Uilyam Folkner
  • alizada_fidanalıntı yaptı6 yıl önce
    Uğur – qadın kimidir, ona bivec baxanda yaxandan əl çəkmir, pərvanə kimi başına fırlanır, amma elə ki, bir balaca nəvaziş göstərdin, o saat səndən zəhləsi gedəcək
  • b4035157561alıntı yaptı3 yıl önce
    İyul-dekabr. Rəssam dostu Spart­linqlə birlikdə Avropa səyahətinə çıxan yazıçı əvvəlcə yük gəmisində Yeni Orleandan İtaliyaya gəlir, sonra İsveçrəni, Fransanı və İngiltərəni gəzir; avqustdan etibarən Parisdə məskunlaşır, Birinci Dünya müharibəsinin xatirəsi olan döyüş yerlərinə baş çəkir, Ceyms Coysun «tamaşasına» gedir, başa çatdırmadığı «Elmer» romanı üzərində işləyir.
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    Sual: Zehni mədəniyyət deyəndə, əsasən, nəyi nəzərdə tutursunuz?
    Folkner: Mən bunu sizə izah etməyə çalışdım. Müəyyən qanunlar var ki, zəruri anlarda ədəbli, nəzakətli və cəsur olmaq üçün onlara əməl etmək lazımdır. Amma bu, igidlik xatirinə olan igidlik deyil, sınaq anında baş verən cəsurluqdur. Mənim ­düşüncəmə görə, belə mədəniyyəti samuraylar formalaşdırırlar.
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    Mənsə məğlubiyyəti daha üstün sayıram, mənim üçün vacib olan – məğlu­biyyətdir. Heç bir uğura ümid olmadığını bilə-bilə, yenə əl yetməyəni əldə etməyə cəhd göstər­mək və məğlub olmaq, sonra yenə cəhd etmək. Bax, mənim üçün uğur budur.
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    1. Tomas Vulf – bu adam çox böyük cəsarət sahibi idi və əsərlərini sanki son günlərini yaşayırmış kimi yazırdı. 2. Uilyam Folkner. 3. Dos Passos. 4. Heminquey – bu adam cəsarətdən xalidir, o heç zaman nazik buz qatının üzərinə ayaq basmağa belə cürət eləməyib və indiyədək elə bir söz işlətməyib ki, həmin sözün işlənmə qaydasını öyrənmək üçün oxucunu lüğətə baxmağa məcbur eləsin. 5. Steynbek – bir vaxtlar ona böyük ümidlər bəsləyirdim. İndi isə bilmirəm...
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    Sual: Ən görkəmli beş müasir yazıçının sırasında kimlərin adını çəkərdiniz?
    Folkner: 1. Tomas Vulf. 2. Dos Passos. 3. Heminquey. 4. Kezer. 5. Steynbek.
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    Sual: Bu, bizim həyat tərzimizə bir tənqid kimi səslənir.
    Folkner: Bu həyat tərzinin tənqidə ehtiyacı var. Yazıçının məqsədi – insanların yüksəlməsinə kömək etməkdir. Siz ondan ötrü yazırsınız ki, insanlara kömək edəsiniz. Yazıçı sənətkarlığı kursunuzun olması ona görə yaxşıdır ki, onu əldə etməyə ömrünüzün ən yaxşı dövrünü həsr edirsiniz, elə bir dövrünü ki, vaxt sizin ən qiymətli alətinizdir.
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    Mədəniyyətə malik olmaq istəyir, amma onu əldə etməyin qayğısına qalmırıq.
  • Xuraman Memmedovaalıntı yaptı4 yıl önce
    Kişilərdən biri qadının məhəbbəti naminə hər şeyindən keçir, digəri isə hər şeyin­dən keçir ki, bu məhəbbətdən xilas olsun.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)