bookmate game
az
eKitabxana

Ənvər Məmmədxanlı-BABƏK

Kitap eklendiğinde bana bildir
Bu kitabı okumak için Bookmate’e EPUB ya da FB2 dosyası yükleyin. Bir kitabı nasıl yüklerim?
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    İmperator sarayında Rahib çəkdiyi rəsmin yanında dayanmışdı, imperator Feofil kənardan Babəkin portretinə baxaraq fikrə getmişdi.

    – Daşdan çapılıb, elə bil üzünün hər cizgisi! – dedi Feofil. – Doqquz yaşında dağ çobanı. Sonra ilk gənclik illərində karvan oğlanı... Ola bilər bu mümkündür. Amma heç vaxt inanmaram ki, tuluqda zeytun yağı satan bir kişinin oğludur bu... hər ehtimala qarşı, şəcərə düzəltmək lazımdır bu adam üçün, guya İran şahı Bəhram Çubinin nəslindəndir.
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    İnsanın özü haqqında öz sözü? Deyirlər, bu barədə qədim peyğəmbərlərdən biri özü-özündən sual edirmiş ki, əgər mən özüm özüm üçünəmsə, nəyə lazımam, yox əgər özüm özüm üçün deyiləmsə, onda bəs özüm kiməm?
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    abbasiləri taxta çıxardan gün ölkəsi – Xorasan necə?
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    Ey Babək! Ey Atropatanın ulu sərvəri!
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    Babək xürrəmilikdən üz çevirib xristianlığı qəbul etsə... kim bilir, bəlkə bir gün...

    – Bir az yavaş Stefanus, sən çox uzağa getdin...

    – Nə üçün? İspaniyalı və iranlı, suriyalı və ərməniyyəli imperatorlarımız olmamışdırmı? Və İmperatriçə İrina Xəzər qızı Çiçək deyildimi?..
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    Bu 7-ci xilafət ordusudur ki, Azərbaycan dağlarında tar-mar olur.
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    Xristian kilsəsi xristianlara icazə vermir ki, öz xristian qullarını, müsəlmanlara, yaxud yəhudilərə satsınlar. Mən ki, xristian deyiləm, ey Vadila!
  • Akram Alishovalıntı yaptı4 yıl önce
    Süleyman peyğəmbər ki, İbranilərin şahı idi, uçan xalçası, tilsimli üzüyü vardı, əqlinin açdığı müşküllərə məxluq heyran qalardı, var-dövləti başından aşardı, səhər gün çıxanda sarayının şüşə damları almaz kimi bərq vurardı... Axırda bilirsənmi neylərdi? Oturdu səbət toxumağı özünə adət elədi ki, dar macalda qara günündə dadına çatsın...
  • Akram Alishovalıntı yaptı5 yıl önce
    haqqında düz deyiblər ki, tul əl lisan-həlak əl-insan (dilin uzunluğu insan üçün fəlakətdir)
  • Akram Alishovalıntı yaptı5 yıl önce
    – Elədir, ya həzrət, – dedi qoca təbib, – beynimiz çox uzaqdakı ulduzlar dünyasına nüfuz etdiyi halda, çox yaxında öz içində cərəyan edən hadisələr haqqında bizə heç bir şey deyə bilmir.

    – Elə isə Sokratın kəlamı həqiqətdir ki, bizim bildiyimiz bir şey varsa, o da heç bir şeyi bilmədiyimizdir.

    – Amma biz çox biləndən sonra, ya Əmir əl-Möminin, ən uca səviyyədə heç bir şey bilmədiyimizi dərk edərik.
fb2epub
Dosyalarınızı sürükleyin ve bırakın (bir kerede en fazla 5 tane)